01 Iyun 2023 15:36
251
DÜNYA
A- A+

BEA: 2023-cü ildə bərpa olunan enerji istehsalı 30 faiz artacaq  

 

2023-cü ildə bərpa olunan mənbələrdən qlobal enerji istehsalı 30 faizədək artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

“Bərpa olunan mənbələrdən qlobal enerji istehsalının 107 qiqavat artacağı gözlənilir ki, bu da bütün tarix boyu ən sürətli sıçrayışdır”, - deyə agentlikdən bildirilib. Mütəxəssislərin proqnozuna görə, 2023-cü ildə yaşıl enerjinin həcmi 440 qiqavatdan çox olacaq.

Məruzəyə əsasən, bərpa olunan enerjinin üçdəiki hissəsi günəş fotoelektrik qurğularının payına düşəcək. Külək enerjisində artım isə təxminən 70 faiz təşkil edəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, həm bu il, həm də 2024-cü ildə yaşıl enerji istehsalında qlobal artımın 50 faizdən çoxu ÇXR-in payına düşəcək.

Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq qərarından sonra alternativ enerji sahəsini inkişaf etdirir. “Qlobal enerji böhranı enerji təminatını daha əlçatan etmək üçün bərpaolunan enerji mənbələrinin həlledici əhəmiyyətə malik olduğunu göstərdi. Hökumətlər artıq onların sürətli tətbiqi üçün səylər göstərməyə başlayıb”, - deyə məruzədə bildirilir.

Bir müddət öncə BEA 2023-cü ildə yaşıl energetikaya qoyulan sərmayələrin 1,7 trilyon dollara çatacağını proqnozlaşdırmışdı ki, bu da 2021-ci illə müqayisədə 24 faiz çoxdur. Eyni zamanda neft-qaz sahəsində illik xərclər öncəki illə müqayisədə 15 faiz artaraq 1 trilyon dollar təşkil edəcək

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video