05 Sentyabr 2026 12:33
98
CƏMİYYƏT
A- A+
BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  


Skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi istifadəçilər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı şəxslərin təhlükəsizliyini nəzərə almalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. O qeyd edib ki, avqustun 22-də paytaxtın Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və sonradan həyatını itirməsi bu nəqliyyat vasitəsindən istifadə zamanı yol verilən kiçik bir ehtiyatsızlığın belə ağır, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.

Skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir. Skuterlərin avtomagistrallarda hərəkəti qadağandır. Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir.

Şöbə rəisi bildirib ki, bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır. Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə törədir.

İşıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl edilməməsi, nəqliyyat axınının əksinə hərəkət edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hərəkət zamanı mobil telefondan istifadə diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə gətirib çıxarır.

Valideynlər azyaşlıların elektrik skuterlərindən istifadəsinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar. Uşağın skuteri hərəkətə gətirə bilməsi onun yol şəraitini, sürəti və məsafəni düzgün qiymətləndirmək bacarığına malik olması demək deyil. Bu vasitəyə oyuncaq kimi yanaşılması və uşaqların ondan istifadəsinə qeyd-şərtsiz şərait yaradılması ağır nəticələr doğura bilər.

“Bir daha skuter istifadəçilərini yol hərəkəti qaydalarına ciddi riayət etməyə, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, valideynləri isə uşaqların bu vasitələrdən istifadəsinə nəzarəti gücləndirməyə çağırırıq”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

Türk dünyasının qüruru

10:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!