23 Dekabr 2025 12:36
147
CƏMİYYƏT
A- A+
Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  

Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  


Dekabrın 23-də Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dünyaşöhrətli siyasi xadimin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb.

Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Əlavə olaraq qeyd edilib ki, yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.

Açılış nitqində Baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Məhz həmin yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, insan resurslarının inkişafı və fəaliyyətin şəffaflığının təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.

Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə Prezident İlham Əliyevə prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək vurğulayıb ki, ölkə başçısının və onun yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın daim göstərdiyi diqqət və qayğı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialının və səmərəliliyin artırılmasında, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.

Baş prokuror çıxışında, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının ölkədə müasir infrastrukturun formalaşdırılması, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və dövlət qurumlarının fəaliyyətində funksionallıqla estetik tələblərin vəhdətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Kamran Əliyev vurğulayıb ki, Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binası da bu strateji yanaşmanın bariz nümunəsi olmaqla, müasir memarlıq həlləri, funksional planlaşdırma və vətəndaş yönümlü xidmət prinsiplərini özündə birləşdirir. O bildirib ki, bu cür layihələr hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, şəhərsalma siyasətinin tələblərinə uyğun davamlı və müasir iş mühitinin yaradılmasına xidmət edir.

Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışında onu da bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.

Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.

Tədbirdə, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Binəqədi rayon prokuroru Fuad Məmmədov çıxış ediblər.

Bundan başqa, tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!