12 Fevral 2024 18:46
6565
Elm və texnika
A- A+
BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans

BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans

 

Bakı Dövlət Universitetində (BDU) görkəmli tarixçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Yaqub Mahmudov Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib.

Rektor alimin 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində müxtəlif vəzifələrdə çalışdığını, 17 il AMEA-nın Tarix İnstitutunun direktoru işlədiyini, Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsində xüsusi rolu olduğunu xatırladıb. Qeyd edilib ki, Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını aşkara çıxarıb, bu sahədə elmə mühüm yeniliklər gətirib. O, diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə aid çoxsaylı monoqrafiya, dərslik, kitab, dərs vəsaiti, elmi-publisistik məqalələrin müəllifidir. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olan Y.Mahmudov ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biridir. O, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. Görkəmli alimin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

Sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov akademik Yaqub Mahmudovun elmi fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Y.Mahmudov Azərbaycan tarixinin tədqiqində bir çox ilklərə imza atıb. O, totalitar sovet rejiminin tüğyan etdiyi bir zamanda milli dövlətçilik tariximizin qaranlıq qalan sahələrinə müraciət etməyə başlayıb. Hələ 1966-cı ildə Ağqoyunlu – Bayandurlar dövlətinin Avropa və Asiya dövlətləri ilə geniş əlaqələrə malik olduğunu sübut edib. BDU-nun Tarix fakültəsinin nəzdində bir sıra yeni ixtisasların açılması, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi demoqrafiya”, “Tarixi tədqiqatlarda elektron – hesablama maşınları və riyazi üsulların tətbiqi” laboratoriyalarının yaradılması məhz onun adı ilə bağlıdır.

Akademik Yaqub Mahmudovun 1991-1992-ci illərdə “Təhsil haqqında” ilk qanunun hazırlanmasında xidmətləri böyükdür. “Orta əsrlər tarixi” dərsliyinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyində yer alıb. Görkəmli alim erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində xüsusi xidmətlər göstərib.

BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarova, Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru Əmrah Dadaşov, baş müəllimi Sevinc Zeynalova çıxışlarında akademik Yaqub Mahmudovun tarix elmimizi dünya miqyasında layiqincə təmsil etdiyini qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, Yaqub Mahmudov ömrünün yarısından çoxunu Azərbaycan tarixinin araşdırılması və tədrisinə həsr edib. Görkəmli alim hazırda da öz məhsuldar elmi fəaliyyəti ilə tarix elminə əhəmiyyətli töhfələr verir.

Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə tikinti materiallarının satın alınması məqsədilə müsabiqə elan edir 

00:41
19 Aprel

Azercell abunəçilərinin nəzərinə

00:40
19 Aprel

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib  

22:57
18 Aprel

Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib  

20:01
18 Aprel

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB

19:59
18 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

19:56
18 Aprel

Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib  

18:55
18 Aprel

İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb  

18:53
18 Aprel

Azərbaycanın dövlət borcu açıqlanıb

18:52
18 Aprel

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib  

18:52
18 Aprel

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb  

18:50
18 Aprel

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib  

18:49
18 Aprel

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır  

18:27
18 Aprel

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib  

18:25
18 Aprel

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub  

18:22
18 Aprel

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək  

18:21
18 Aprel

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub  

18:19
18 Aprel

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:06
18 Aprel

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb  

18:04
18 Aprel

“ChatGPT” vasitəsilə şəkillərdəki məkanları təyin etmək mümkündür  

17:15
18 Aprel

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

17:14
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!