10 May 2025 01:53
1867
Fərmanlar
A- A+
"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il  22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci  maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 26.2-ci maddəsində birinci halda "orqan (qurum)"dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 26.2-ci maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011 (Cild I); 2024, № 3, maddə 262) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "24.1-ci," sözlərindən sonra "26.2-ci (hər iki halda)," sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddən "26.2-ci (ikinci halda)," sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

"2.6-1. həmin Qanunun 26.2-ci  maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;";

3.4. 2.7-ci bənddən "26.2-ci (birinci halda)," sözləri çıxarılsın;

3.5. 2.7-1-ci bəndə "36.3-cü" sözlərindən əvvəl "26.2-ci maddəsində (birinci halda)," sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında" Əsasnamə barədə" 1997-ci il 21 aprel tarixli 575 nömrəli, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında" 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 26 may tarixli 69 nömrəli, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyun tarixli 2173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 778 (Cild I) 6.1-ci bəndi ləğv edilsin.


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 may 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çexiyada yanacaq qiymətlərinə dövlət nəzarəti

18:33
15 Aprel

“AzerGold”da fövqəladə hallar üzrə maarifləndirmə tədbiri keçirilib

18:21
15 Aprel

“Tesla”dan FSD istifadəçiləri üçün yeni mobil həll  

18:12
15 Aprel

Yeni “Google Gemini” təqdim edilib

18:01
15 Aprel

Kahramanmaraş məktəbinə hücum edənin atası saxlanılıb YENİLƏNİB 2

18:00
15 Aprel

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib  

17:57
15 Aprel

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi iki ayda 47,1 milyon dollar təşkil edib  

17:56
15 Aprel

Putin: Rusiyada iqtisadi göstəricilərin trayektoriyası gözləntilərdən aşağıdır  

17:55
15 Aprel

İran Qırmızı dənizi, körfəzləri bağlamaqla hədələyib

17:45
15 Aprel

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb  

17:25
15 Aprel

Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək

17:18
15 Aprel

2030-cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

17:12
15 Aprel

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib

17:05
15 Aprel

ABŞ Prezidenti: İranla müharibə bitməyə çox yaxındır

17:04
15 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

17:03
15 Aprel

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 3,4 milyard manatı ötüb

17:02
15 Aprel

2027-2030-cu illərdə azad olunmuş ərazilərin bərpasına 13,3 milyard manat xərclənəcək - PROQNOZ

17:01
15 Aprel

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

16:54
15 Aprel

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

16:52
15 Aprel

Tramp: Bu vəziyyət bir daha təkrarlanmayacaq

16:50
15 Aprel

Məcnun Məmmədov: Azərbaycan ilə Latviya arasında ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar var  

16:48
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!