15 Aprel 2026 16:52
195
SİYASƏT
A- A+
Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar


Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyası çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumu keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında Qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim edib. Azərbaycan parlamentinin sədri bu təqdimatın münaqişələrin, gərginliklərin, qeyri-müəyyənliklərin və artan bərabərsizliklərin hökm sürdüyü bir dövrdə xüsusilə vacib olduğunu qeyd edərək vurğulayıb ki, parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdır. Çünki bu gün dünya sülhün təmin edilməsi üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyur.

Təqdim olunan hesabatın qadın parlament sədrləri tərəfindən qəbul edilən Bəyannamə olduğunu diqqətə çatdıran Sahibə Qafarova deyib ki, bu sənəd parlamentləri bir araya gətirməyə, sülh və inklüzivlik naminə fəaliyyətə çağırır.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, fəaliyyət üçün çağırışlar heç də həmişə sabit, dinc anlarda meydana gəlmir. Onlar böhran, münaqişə və geriləmə dövrlərində ortaya çıxır. S.Qafarovanın sözlərinə görə, dünyanın bir çox yerlərində zorakılığın, müharibənin və təhlükələrin mövcud olmasının qadınlara və qızlara, onların gələcəyinə necə ağır təsir etdiyini gördükcə, bu məqam səyləri gücləndirməyi və sürətləndirməyi tələb edir. Sənəddə dünyanın mövcud vəziyyəti ilə bağlı dərin narahatlığın, münaqişə və müharibə bölgələrində yaşayan bütün qadın və qızlarla həmrəyliyin ifadə olunduğunu vurğulayan S.Qafarova bu Forumu da eyni həmrəyliyi nümayiş etdirməyə dəvət edib.

Eyni zamanda, hesabatda beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam hörmət göstərilməsinə, həmçinin münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə çağırış, gender bərabərliyini nəzərə alan diplomatiyanın inkişaf etdirilməsini, inklüziv sülh proseslərinə, diplomatiya və xarici siyasətdə qadınların liderliyinin rolunun artırılmasına dair tövsiyələr yer alıb.

Milli Məclisin sədri, bu Forumda ədalətli və uzunmüddətli sülhün bərpa olunmasının, münaqişələrin qadın və qızlara təsirlərinin müzakirə olunacağını nəzərə alaraq, Forum iştirakçılarını qadın spikerlər tərəfindən irəli sürülən tövsiyələri bu müzakirələrə daxil etməyə çağırıb.

Sonra Forum digər parlament sədri və parlamentarilərin mövzu haqqında çıxışları və müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

Çexiyada yanacaq qiymətlərinə dövlət nəzarəti

18:33
15 Aprel

“AzerGold”da fövqəladə hallar üzrə maarifləndirmə tədbiri keçirilib

18:21
15 Aprel

“Tesla”dan FSD istifadəçiləri üçün yeni mobil həll  

18:12
15 Aprel

Yeni “Google Gemini” təqdim edilib

18:01
15 Aprel

Kahramanmaraş məktəbinə hücum edənin atası saxlanılıb YENİLƏNİB 2

18:00
15 Aprel

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti nəzərdən keçirilib  

17:57
15 Aprel

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi iki ayda 47,1 milyon dollar təşkil edib  

17:56
15 Aprel

Putin: Rusiyada iqtisadi göstəricilərin trayektoriyası gözləntilərdən aşağıdır  

17:55
15 Aprel

İran Qırmızı dənizi, körfəzləri bağlamaqla hədələyib

17:45
15 Aprel

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb  

17:25
15 Aprel

Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək

17:18
15 Aprel

2030-cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

17:12
15 Aprel

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib

17:05
15 Aprel

ABŞ Prezidenti: İranla müharibə bitməyə çox yaxındır

17:04
15 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

17:03
15 Aprel

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 3,4 milyard manatı ötüb

17:02
15 Aprel

2027-2030-cu illərdə azad olunmuş ərazilərin bərpasına 13,3 milyard manat xərclənəcək - PROQNOZ

17:01
15 Aprel

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

16:54
15 Aprel

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

16:52
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!