30 Iyun 2022 13:00
590
Elm və texnika
A- A+

“Bayraktar AKINCI” Konyada keçirilən “Anadolu Qartalı-2022” taktiki-uçuş təlimlərinə cəlb olunub  

“Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinə cəlb edilib.

AZƏRTAC xəbər verir ki, “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi - iyunun 29-da keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə günorta saatları “Bayraktar AKINCI” səmaya buraxılıb. Bundan bir neçə saat sonra “Bayraktar AKINCI” “Solo Türk” nümunəvi uçuşlarının keçirildiyi hava trayektoriyasında görünüb.

Bundan başqa, “Bayraktar AKINCI” “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində qurulan aviasiya sərgisində də özünə yer qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video