Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb
İyunun 19-da Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoç ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini diqqətə çatdırıb. Zakir Qaralov əlaqələrimizin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə imzalanmış fərman və sərəncamların əməli icrası ilə minimum əməkhaqlarının və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, həmin sosial paketin mərhələli şəkildə bütün əhali qrupları daxil olmaqla ümumilikdə 3 milyona yaxın insanı əhatə etməsi barədə ətraflı məlumat verən Baş prokuror ölkəmizdə əmin-amanlıq və sabitlik mühitinin hökm sürdüyünü, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunduğunu bildirib.
Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, ölkə əhalisi, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan "ASAN xidmət” mərkəzlərinin, həmçinin həyata keçirilən sosial siyasətin ifadəsi olmaqla əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaratmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əhəmiyyəti qonaqların diqqətinə çatdırılıb.
Görüşə görə təşəkkürünü bildirən Türkiyənin Baş ombudsmanı Azərbaycanda görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib. O, ölkəmizdə müasir dünyanın çağırışlarına cavab vermək iqtidarında olan və ən yüksək tələblərə cavab verən hüquq-mühafizə sisteminin formalaşmasından məmnunluğunu bildirib.
Şeref Malkoç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!