30 Sentyabr 2026 13:34
110
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2


Sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.


11:26


Biləsuvar rayonunda baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, agentliyin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İlkin araşdırma zamanı hadisənin Biləsuvarda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.


10:23


Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.

Hadisə onlar Biləsuvar rayonunda məclisdə iştirak etdikdən sonra baş verib. Belə ki, məclisdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin ehtimala görə, onların mərasim zamanı qəbul etdikləri qidadan zəhərləndikləri bildirilir.

TƏBİB-dən bölgə müxbirinə bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb  

14:03
30 Sentyabr

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

13:42
30 Sentyabr

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

13:39
30 Sentyabr

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

13:39
30 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

13:37
30 Sentyabr

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

13:34
30 Sentyabr

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib  

13:29
30 Sentyabr

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

13:25
30 Sentyabr

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq  

13:17
30 Sentyabr

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

13:01
30 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb  

12:57
30 Sentyabr

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

12:47
30 Sentyabr

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib  

12:36
30 Sentyabr

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb  

12:34
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!