02 May 2024 12:17
144
İQTİSADİYYAT
A- A+

Baş katib: Azərbaycan pandemiyadan sonra tez bir zamanda turizm sənayesini yenidən qura bildi  

 

Turizm sənayesi iqtisadiyyatın gəlirli sahələrindən biri olmaqla yanaşı, həm də dövlətlərin daha da yaxın münasibət qurmasına təkan verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xosrov Novruzi “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda deyib.

O bildirib ki, COVID-19 pandemiyası turizmin inkişafına ciddi zərər vurub.

“Lakin Azərbaycan pandemiyadan sonra tez bir zamanda turizm sənayesini yenidən qura bildi. Təsadüfi deyil ki, 2023-cü ildə Azərbaycanı 2,2 milyon turist ziyarət edib. İƏT-ə üzv olan dövlətlərin böyük turizm potensialları var. Bu potensialdan istifadə edərək turizm sənayesinin inkişafına nail olmaq zəruridir. Bu baxımdan qarşılıqlı səfərlərin və ölkə haqqında təqdimatların keçirilməsi təşkilatın funksiyasına daxil olan məsələdir. Turizmin təşviqi də əhəmiyyətli məsələlərdən biridir. Bu istiqamətdə Türkmənistan, Pakistan, Azərbaycan və Türkiyədə təqdimatlar keçirilib”, - deyə X.Novruzi əlavə edib.

Baş katib nəzərə çatdırıb ki, təşkilata üzv olan dövlətlər arasında Azərbaycan hökuməti turizmin inkişafına daha çox dəstək verən ölkədir.

“İƏT dövlətləri qədim İpək Yolunun üzərində yerləşir ki, bu da turizmin inkişafı üçün unikal imkanlar yaradır. İƏT katibliyinin əsas məqsədi region dövlətlərinin daha da yaxınlaşmasına və turizmin inkişafı ilə xalqların adət-ənənələrinin təbliğinə köməklik göstərməkdən ibarətdir. Bununla yanaşı, hər bir ölkənin iqtisadi artımında turizmin müəyyən payı var. Azərbaycan turizm üçün çox gözəl məkandır. Bakı şəhəri, Qəbələ, Zaqatala, Quba kimi rayonlar turistlərin sevimli məkanlarıdır, buradakı otellər də əlçatandır”, - deyə X.Novruzi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video