02 May 2024 14:02
106
SİYASƏT
A- A+

Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir  

 

Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı bərqərar edir.

AZƏRTAC xəbər verir ki, bunu Banqladeşin keçmiş səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.

İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması baxımından problem yarada bilər. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Dünyanın bəzi regionlarında "parçala və hökm sür" strategiyasından istifadə olunur. Bu, aqressiv idarəçilikdir və çox yanlışdır. Ümumiyyətlə, müxtəlif perspektivlərin olması qərarvermə prosesində vacib amillərdəndir. Fikrimcə, bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün də ortaq təməllər tapılmalıdır. Universal insan hüquqları və dəyərləri qiymətləndirilməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video