12 Aprel 2022 00:26
1194
Təhsil
A- A+
BANM və Cenevrə Biznes Məktəbinin birgə diplomları təqdim edildi

BANM və Cenevrə Biznes Məktəbinin birgə diplomları təqdim edildi

 

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda Ali Məktəbin 2021-ci il magistratura məzunlarına İsveçrənin Cenevrə Biznes Məktəbinin (GBS) MBA üzrə ikili diplomlarının təqdimolunma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq məzunları təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb. Ali Məktəbdə MBA proqramlarının uğurla həyata keçirildiyini bildirən rektor qeyd edib ki, bu gün diplomlarının təqdimolunma mərasimi keçirilən MBA proqramı dünyanın ən nüfuzlu özəl biznes məktəblərindən biri olan Cenevrə Biznes Məktəbi ilə imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən reallaşıb. O vurğulayıb ki, bu proqram Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və qaz menecmenti üzrə MBA proqramı olub: "BANM-in bütün proqramları kimi ikili diplomun təqdim edilməsini nəzərdə tutan bu proqram  beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilib və yüksək səviyyədə tədris olunub. Bu proqram üzrə təhsil haqqı hər tələbə üçün 2.350 ABŞ dolları olub, halbuki İsveçrədə Cenevrə Biznes Məktəbinin kampusunda bir tələbənin xərcləri 60 min dollar təşkil edir. Azərbaycan dövlətinin təhsilə qayğısının və SOCAR-ın sosial layihəsi sayəsində  isə bu yüksəksəviyyəli təhsil aşağı büdcə ilə həyata keçirildi. Tələbələrə dərin biliklərlə yanaşı, sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları biliklərin biznesdə tətbiqi öyrədilib. Proqramın uğurla icra olunmasının və yüksəksəviyyəli biliklərin aşılanmasının nəticəsidir ki, proqramın bütün məzunları nüfuzlu şirkətlərdə, müəssisələrdə çalışırlar".

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov məzunlara uğurlar arzulayıb. Proqramın əhəmiyyətini vurğulayan SOCAR-ın vitse-prezidenti burada qazanılan biliklərin bacarığa, səriştəyə çevrilməsinin uğurun açarı olduğunu qeyd edib.

Məzunları təbrik edən SOCAR-ın birinci vitse-prezidenti və SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısının müşaviri Elçin Ağakişiyev təhsilin, biliyin əhəmiyyətindən bəhs edərək bildirib ki, bilik uğur qazanmağın əsasıdır. O, məzunlara nailiyyətlər arzulayaraq tövsiyələrini verib.

Bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında təmsil etdiyi şirkətlə Bakı Ali Neft Məktəbi arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu və Ali Məktəbin bir çox məzununun bp şirkətində müxtəlif vəzifələrdə çalışdığını qeyd edib. BANM-də təhsilin keyfiyyətini, tədrisin beynəlxalq standartlara uyğun aparıldığını da vurğulayan Bəxtiyar Aslanbəyli bildirib ki, bu ikili diplom proqramı  peşəkar kadrların hazırlanması istiqamətində atılan vacib addımlardan biridir.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Bakı Ali Neft Məktəbində həyata keçirilən MBA proqramının Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı milli prioritetlərə uyğun, çox əhatəli olduğunu və dərslərin maraqlı keçirildiyini bildirib.

Tədbirdə BANM-in müəllimləri - SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Ziya Mürsəlzadə, "Pasha Property Management" MMC-nin baş icraçı direktoru Fuad Kərimov, proqramın məzunları - Bakı Ali Neft Məktəbinin əməkdaşları Cahan Məmmədova və Gülşən Cabbarzadə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Cenevrə Biznes Məktəbi ilə Neft-qaz menecmenti üzrə birgə MBA proqramı barədə əməkdaşlıq razılaşması 2019-cu ilin aprel ayında imzalanıb. Həmin il proqram üzrə qəbul həyata keçirilib və 2021-ci ildə proqramı 19 nəfər uğurla bitirərək məzun olub.

1995-ci ildə yaradılan Cenevrə Biznes Məktəbi biznes məktəbləri içərisində qabaqcıl yerlərdədir. Cenevrə Biznes Məktəbi 2016-cı ildə CEOWORLD jurnalının qlobal biznes məktəbləri sıralamasına əsasən dünyanın ilk yüzlüyündə, İsveçrədə 3-cü sırada yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!