08 Sentyabr 2013 02:09
553
CƏMİYYƏT
A- A+
Bankomatlar cinayətkarların yeni hədəfidir

Bankomatlar cinayətkarların yeni hədəfidir

 

Ödəniş kartlarından  istifadə edərkən təhlükəsizlik tədbirlərinə əməl etmək  olduqca ciddi məsələdir. Ölkəmizdə ödəniş kart istifadəçilərinin sayının artması cinayətkarların da kart istifadəçilərinə qarşı "marağı"nı artırıb. Hətta ABŞ kimi inkişaf etmiş ölkədə ödəniş kartları üzərindən edilən oğurluq hallarının qarşısını almaq çətinləşib. Çünki bu kartların təhlükəsizliyi təkmilləşdirildikcə cinayətkarlar, xüsusən də kibercinayətkarlar öz fəaliyyətlərini genişləndirirlər. Buna görə də ödəniş kart istifadəçiləri bankomatlardan pul çıxararkən maksimum diqqətli olmalıdırlar.

Bu gün Azərbaycanda 5 milyondan çox ödəniş kartı istifadədədir. Bu kartlara təqaüd, pensiya, əməkhaqqı və müxtəlif təyinatlı vəsaitlərin köçürülməsi daxildir. Bu da cinayətkarların diqqətindən yayınmayıb. Hazırda ödəniş kartları ilə bağlı bir çox  fırıldaqçılıq üsulları ortaya çıxıb ki, bu da vətəndaşların bəzən külli miqdarda pulunun oğurlanması ilə nəticələnir. Fırıldaqçılar başqasına məxsus ödəniş kartlarını ələ keçirmək üçün müxtəlif metodlara əl atırlar. Ən geniş yayılmış üsul xidmət kartlarının oğurlanmasıdır. Oğru uzun müddət ərzində öz "qurban"ının hərəkətlərini izləyərək çalışır ki, onun kartla bağlı həyata keçirdiyi bütün əməliyyatları mənimsəsin. İkinci üsul bankomatlara quraşdırılan xüsusi qurğudur ki, bu da bankomatların klaviaturasında yerləşdirilir. Qurğu tamamilə klaviaturanın düymələrini təkrarlayır. Yəni, vətəndaş kart ilə bağlı əməliyyat keçirdikdə  klaviatura parolu düymələrin hansı ardıcıllıqla yığıldığını yadda saxlayır. Üçüncü fırıldaqçılıq üsulu isə bankomatda yerləşdirilən zərfdir. Belə ki, dələduzlar bankomatın kart oyuğuna xüsusi ölçülü zərf yerləşdirirlər. Bu zərf ödəniş kartından bir az böyük olur. Əgər kart bu qurğuya düşərsə, onu geri çıxarmaq mümkün olmur. Bundan başqa, cinayətkarlar vətəndaşların kartını videokameralar vasitəsilə də soya bilərlər. Bu tipli "əməliyyatlar" zamanı soyğunçu bankomatın yaxınlığında kamera quraşdırır və vətəndaşın apardığı əməliyyatları kompyuter vasitəsilə izləyir. Bütün bunlar olduqca peşəkar formada aparıldığından vətəndaşın oğurluqdan xəbəri olmur.

 

İstifadəçilər məlumatsızdır

 

Paytaxt sakinlərinin ödəniş kartından pul çıxararkən təhlükəsizlik tədbirlərinə necə riayət etdiklərini xəbər aldıq. Ödəniş kart istifadəçisi Nərminə Əliyeva dedi ki, təhlükəsizlik tədbirlərinin nədən ibarət olduğunu bilmir. Sadəcə, hesabından pul çıxararkən ətrafına göz gəzdirir: "İndiyə kimi hər hansı bir hadisə ilə rastlaşmamışam, əsasən metro stansiyalarının yaxınlığında quraşdırılan bankomatlardan istifadə edirəm. Çünki metroda polislər bu işlərə nəzarət edirlər".

Üçüncü kurs tələbəsi Ayan Məmmədova da bildirdi ki, harada bankomat var, sərbəst şəkildə ondan istifadə edir: "Hansı təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır, - onları bilmirəm. Qarşıma çıxan istənilən bankomatdan pul çıxarıram". Ayanın tələbə yoldaşı Aygün isə hələ bankomat istifadəçisi olmadığını dedi: "Amma tək olanda bankomatdan pul çıxarmağa ehtiyat edərəm. Eşitdiyimə görə, dələduzlar qızları daha tez qorxudub pullarını ala bilirlər. Ona görə gələcəkdə ödəniş kartım olarsa, tək olanda pul çıxarmaram".

Orta yaşlı şəhər sakini Elman Qədimov isə bankomatlardan əsasən gündüz vaxtı istifadə etməyi məsləhət gördü. O bu sahədə dələduzluq olduğunu çox eşitdiyini bildirdi. Ona görə həmişə çalışır ki, gecə vaxtı bankomatdan pul çıxarmasın: "Oğrular gecə vaxtı daha fəal olurlar. Onlar bankomatdan pul çıxarıb sonra qaranlıq küçə ilə gedən birinə daha rahat yaxınlaşa bilirlər", - deyə əlavə etdi.

Söhbət etdiyimiz vətəndaşların böyük əksəriyyəti bankomatlardan təhlükəsiz istifadə barədə məlumatsız idilər. Görünür, bu sahədə maarifləndirmə işinin daha geniş aparılmasına ehtiyac var.

 

Bankomatdan istifadə edən vətəndaş təhdidlə qarşılaşarsa...

 

Yuxarıda qeyd olunan dələduzluq əməllərinin bir forması da açıq təhdiddir. Məsələn, vətəndaş bankomatdan pul çıxarmaq istəyərkən onu müşayiət edən cinayətkar yaxınlaşıb hər hansı bir soyuq, yaxud odlu silahla onu təhdid edir. Tələb edir ki, kartdakı bütün vəsaiti çıxarsın. Bəs bu halda vətəndaş nə etməlidir, bunun üçün hansısa mübarizə mexanizmi varmı, yaxud qabaqlayıcı tədbirlər görülürmü? Mütəxəssislər deyirlər ki, bu halda bankomatı elə proqramlaşdırmaq olar ki, vətəndaş kartı bankomata saldıqdan sonra hər hansı bir kod yığsın ki, sistem fəaliyyətini dayandırsın. Eyni zamanda sistem avtomatik olaraq əraziyə yaxın polis bölməsinə bu barədə məlumat ötürsün. Onda cinayətin qarşısı alına bilər.

Bu məsələyə aydınlıq gətirmək üçün öncə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirdilər ki, bu məsələ sırf bankların işidir: "Biz, sadəcə, mütəmadi olaraq harada bankomatın quraşdırılmasına ehtiyac olduğunu müvəkkil banklara çatdırırıq. Bankomatların quraşdırılması, təhlükəsizlik və digər məsələlər isə bankların funksiyalarına daxildir".

Onu da qeyd edək ki, hazırda bölgələrdə bankomat çatışmazlığı var. Fonddan bildirdilər ki, bu problem əsasən kənd yerlərində müşahidə olunur. Kəndlərin bankomatla təminatını ləngidən əsas məsələ isə infrastrukturun istənilən səviyyədə olmamasıdır. Hazırda bir sıra banklar bu çatışmazlığı aradan qaldırmaq üçün "Səyyar bankomat" xidməti həyata keçirir.

Azərbaycan Respublikası Mərkəzi Bankından əldə etdiyimiz məlumata görə, 1 iyul 2013-cü il tarixə qədər Azərbaycanda bankomatların ümumi sayı 2.351 ədəd təşkil edir. Bankomatlardan 1.324-ü Bakı şəhərinin, 1.027-si isə regionların payına düşür.

Mütəxəssislər hesab edirlər ki, fırıldaqçılığın təhdid formasından heç bir bankomat istifadəçisi sığortalanmayıb. Yəni bu kimi hadisələr ümumi cinayətkarlığın tərkib hissəsidir. O ki qaldı bankomatların ümumi təhlükəsizlik tədbirlərinə, bunun üçün Azərbaycan Respublikası Mərkəzi Bankının konkret tövsiyələri var:

nBankomatların xüsusi sensorlarla (titrəyiş, istilik və s.) təmini, həmçinin kənar xarici qurğuların yerləşdirilməsini aşkarlayan və ya sıradan çıxaran, o cümlədən bankın təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərən "antiskimming" qurğularının quraşdırılması;

nAçıq havada yerləşən bankomatların yaxşı görünən ərazilərdə quraşdırılması və sutkanın qaranlıq saatlarında həmin ərazilərin kifayət dərəcədə işıqlandırılması;

nHər bir bankomatda və ya onun ətrafında ən azı bir müşahidə kamerasının quraşdırılması;

nQuraşdırılmış gizli kameraların və ətrafdakı şəxslərin kart sahibi tərəfindən daxil edilən PIN kodu görə bilməməsi üçün "PIN pad"ın üzərində xüsusi maneələrin (məsələn, düymələri yalnız istifadəçinin görə bilməsinə imkan verən tor) quraşdırılması;

nAçıq havada yerləşən bankomatların dələduzlar tərəfindən demontaj edilməsini çətinləşdirmək üçün onların yerə bərkidilməsi;

nMüştərilərin ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatları barədə əlverişli şərtlərlə SMS vasitəsilə məlumatlandırılması və s.

 

Banklar cinayətkarlarla mübarizə aparırmı

 

Öyrəndik ki, Azərbaycanın aparıcı bankları maksimum çalışırlar ki, bu tövsiyələrə əməl etsinlər. Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bizimlə söhbətində bildirdi ki, bankomatın ətrafında baş verən təhdid xarakterli vəziyyət cinayət hadisəsidir. Bunu oğurluq və cinayət  əməllərindən fərqləndirmək olmaz. Belə bir fakt aşkarlandıqda hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayətkarı cəzalandırmalıdırlar. Onun sözlərinə görə, Azərbaycan Beynəlxaq Bankı (ABB) 1996-cı ildən etibarən kart biznesi ilə məşğuldur. Hazırda bank 2 milyondan artıq debet və kredit  kartına xidmət göstərir. ABB-nin ölkə üzrə  vəsaitin nağdlaşdırılması, kommunal və digər ödənişlər, kartdan karta pul köçürmə, kartı olmayan şəxsə pul göndərmə, PİN kodun dəyişdirilməsi və bir çox digər əməliyyatları yerinə yetirən 670 bankomatı fəaliyyət göstərir: "50-dən artıq bankomat həm də pul qəbul etmək funksiyasını yerinə yetirir. Bankın nağd pulun verilməsindən başqa ATM-ə aid bütün əməliyyatları gerçəkləşdirən 40-dan çox məlumat köşkü, nağdsız ödənişlər üçün 5 minə yaxın POS-terminalı müştərilərin ixtiyarındadır. ABB müştərilərinin rahatlığı üçün Bakı şəhərində 5 elektron ofis istifadəyə verib. Hər birində beş və daha çox ATM quraşdırılmış bu ofislər mühafizə xidməti tərəfindən daim qorunur. Ümumiyyətlə, bankomatların həm müştərilərin təhlükəsizliyi baxımından, həm də ATM-lərin kənar fiziki təsirlərə məruz qalmaması üçün etibarlı ərazilərdə, yəni əhalinin gur olduğu yerlərdə, ticarət mərkəzlərində, kamera nəzarəti olan və digər qorunan, güvənli yerlərdə  quraşdırılmasına maksimum səy göstərilir. Qeyd edim ki, vəsaitin ATM vasitəsilə nağdlaşdırılmasına bank tərəfindən gün ərzində 2.000 manat məbləğində limit müəyyən edilməsi də müştərilər üçün nəzərdə tutulan təhlükəsizlik tədbirləri sırasına daxildir".

"Kapital Bank"ın mətbuat katibi Yadigar Cəfərov sorğumuza cavab olaraq bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, müasir proqram təminatları, təhlükəsizlik kameraları və digər vasitələr bu sahədə təhlükəsizliyin yüksək səviyyədə qorunmasına imkan yaradır. Aktiv ödəniş kartlarının sayı hazırda 2 milyondan çox olan "Kapital Bank" da bu imkanlardan faydalanaraq bankomatlarından maksimum təhlükəsiz istifadəni təmin edir. Amma ödəniş kartı sahibləri də bu məsələdə daim ehtiyatlı davranmalıdırlar. "Bankomat vasitəsilə əməliyyat etmək zərurəti yarandıqda qarətçilərin hücumu, cibgirlik və s. kimi ibtidai cinayət üsullarından yayınmaq üçün müştərilərə yalnız təhlükəsiz yerlərdə, məsələn, bank filiallarının, şöbələrinin qarşısında, idarələrdə, ticarət mərkəzlərində, metro stansiyalarında quraşdırılmış bankomatlardan istifadə etmək tövsiyə olunur. Hər bir müştəri kartı daxil etməzdən əvvəl bankomatı diqqətlə nəzərdən keçirməli, onun üzərində şübhə doğuran əlavə qurğuların yerləşdirilmədiyinə əmin olmalıdır. PİN kodu yığmaq üçün klaviatura tam normal vəziyyətdə olmalıdır. Kartı bankomata fiziki güc tətbiq edilmədən daxil etmək lazımdır. Əgər bankomat kartı qəbul etmirsə, yenidən həmin bankomatdan istifadəyə cəhd göstərilməməlidir. Bankomatla əlaqədar hər hansı şübhə yarandıqda kartı daxil etmədən dərhal bankomatın aid olduğu banka məlumat verilməlidir. Müştəri PİN kodunu yığdığı zaman elə etməlidir ki, ətrafdakı şəxslər kodu görməsinlər".

Bank təmsilçisinin sözlərinə görə, "Kapital Bank"ın ödəniş kartlarına malik  şəxslərin  dələduzluq halları ilə rastlaşmaması üçün "Kapital Bank" tərəfindən təklif edilən "SMS-İnfo" xidmətinə qoşulması da arzuediləndir. Çünki bu xidmətə qoşulduqda kartla aparılan hər bir əməliyyat haqqında anındaca müştərinin mobil telefonuna SMS göndərilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, inkişaf etmiş ölkələrdə bankomatlarda kiçik kameralar olur, onlar kartdan istifadə ilə bağlı bütün prosesləri çəkir. Oğurluq halları baş verən zaman bu çəkilişlərdən istifadə edilir: "Son zamanlar bankomatların barmaq izlərini tanıması funksiyasından da istifadə edilir. Bu zaman kart sahibi öz pulunu yalnız onun barmaq izini tanıyan bankomatdan və ya bankomatlardan götürə bilər. Burada da məqsəd kart oğurluğunun qarşısının alınmasıdır. Azərbaycanda da həm barmaq izləri, həm vəsaitlərin nağdlaşdırılması prosesinin çəkilişi təcrübəsindən istifadə edilməsinə ehtiyac var".

Ödəniş kartları ilə bağlı baş verən cinayət hadisələrinə münasibət bildirən Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun dediyinə görə, müxtəlif vaxtlarda bu sahədə baş verən cinayət hadisələrinin qarşısı banklardan daxil olan məlumatlar əsasında alınır. Nazirlik əməkdaşı qeyd etdi ki, ümumi cinayət hadisələrinin tərkib hissəsi kimi bankomat dələduzlarına qarşı da ciddi mübarizə aparılır. Bütövlükdə ödəniş kart istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür. Əgər vətəndaş öz kartından səhlənkar şəkildə istifadə etməsə, o zaman bu sahədə cinayət hadisələrinin sayı da minimuma enər. Vətəndaşlar fırıldaqçıların toruna düşməmək üçün bütün bank əməliyyatlarında diqqətli olmalıdırlar.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!