01 İyun 2025 09:20
772
CƏMİYYƏT
A- A+
Bank kartlarından pul oğurluqları və saxta zənglər ciddi təhlükəyə çevrilib

Bank kartlarından pul oğurluqları və saxta zənglər ciddi təhlükəyə çevrilib


XXI əsrin ən böyük texnoloji nailiyyətlərindən biri olan rəqəmsallaşma, insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, yeni və təhlükəli bir problemi də gündəmə gətirib: rəqəmsal fırıldaqçılıq. 

Son illər həm dünyada, həm də Azərbaycanda bank kartlarından vəsaitlərin oğurlanması, saxta zənglər və şəxsi məlumatların icazəsiz ələ keçirilməsi hallarının sürətlə artması bu sahədə maarifləndirmənin və texniki təhlükəsizlik tədbirlərinin əhəmiyyətini bir daha ortaya qoyur. Texnologiyanın kölgəsində gizlənən təhlükə bu gün hər bir vətəndaşı kiber dələduzlardan qorunmaq üçün daha diqqətli davranmağa, növbəti qurbana çevrilməməyə vadar edir. Əgər dünən insanlar oğurluqdan qorunmaq üçün qapılarını kilidləyirdilərsə, bu gün "qapı" mobil telefondur. Saxta zənglər, qondarma "bank əməkdaşı" ssenariləri, e-ticarət platformalarında göndərilən saxta keçidlər, sosial şəbəkələrdə ələ keçirilən hesablar və zərərli proqramlar insanların şəxsi və maliyyə məlumatlarını hədəfə alır.

Vətəndaşa zəng edilərək "kartınızda şübhəli əməliyyat var" deyiləndə çox zaman panika yaranır. Zəng edən şəxs özünü bank işçisi, polis və ya dövlət qurumunun nümayəndəsi kimi təqdim edir və guya təhlükəsizlik məqsədilə kartın nömrəsini, son istifadə tarixini, CVV kodunu istəyir. Bir neçə dəqiqə sonra vətəndaş bank hesabındakı bütün vəsaitin yox olduğunu, müxtəlif kiber üsullarla pullarının oğurlandığını anlayır.

Fırıldaqçılar təkcə zənglərlə kifayətlənmirlər. Sosial şəbəkələrdə "dost" adından gələn "kod göndərdim, mənə de" mesajları da geniş yayılıb. Bu mesajlar cavablandırıldıqda şəxsin "Instagram" və ya "Facebook" hesabı ələ keçirilir və daha sonra həmin şəxsin adından digər tanışlara da eyni mesajlar göndərilir.

Elektron ticarət platformalarında isə "ödəniş keçidi" adı ilə göndərilən linklər əslində bank fırıldaqçılarının hazırladığı saxta səhifələrdir. Bu səhifələrə kart məlumatlarını daxil edən vətəndaş, fərqinə varmadan öz hesabını fırıldaqçılara təhvil verir. Nəticədə isə xəbər portallarında hər gün on minlərlə vəsaitin bank kartlarından oğurlandığı haqqında  DİN-in məlumatlarını oxuyuruq.

Daha narahatedici məqam isə süni intellekt texnologiyalarının fırıldaqçılar tərəfindən istifadəsidir. Artıq real şəxsin səsi 10-15 saniyəlik səs yazısından klonlanaraq ailə üzvü və ya dost adı ilə zəng edilir. "Mənə təcili pul lazımdır", "bu koda ehtiyacım var", "qəzaya düşmüşəm, xəstəxanadayam" kimi cümlələrlə insanlar aldanır və vəsaitlərini itirirlər.

Rəqəmsal savadlılıq  ən güclü silah olmalı, vətəndaşlarla təbliğat-təşviqat işləri gücləndirilməlidir. Amma Elektron Təhlükəsizlik Xidməti, Mərkəzi Bank və kommersiya bankları vətəndaşları bu risklər barədə nə qədər maarifləndirsə də, bankların əksəriyyəti artıq iki mərhələli təhlükəsizlik sistemlərini tətbiq etsə də, ən güclü müdafiə vətəndaşın özüdür. Bank kartlarında olan vəsaitləri qorumaq üçün təhlükəsizlik qaydalarına əməl etmək gələcək kiber hücumların qarşısını ala bilər.  Bunun üçün mütəxəssislər telefonla heç kimə bank kartı məlumatlarını deməməyi, şəxsi məlumatları sosial şəbəkələrdə paylaşmamağı, gələn keçidlərə daxil olmamışdan əvvəl mənbəni dəqiqləşdirməyi tövsiyə edirlər. Eyni zamanda şübhəli zəng və mesajlarla rastlaşan zaman bu barədə banka və Daxili İşlər Nazirliyinə məlumat vermək, mobil bank tətbiqlərində güclü şifrə və biometrik təsdiqləmədən istifadə etmək lazımdır.

İnformasiya əsrində yaşayırıq. Bu əsrdə təkcə texnologiyanı istifadə etməyi yox, ondan necə qorunmağı da öyrənməliyik. Rəqəmsal təhlükəsizlik - artıq lüks deyil, həyati zərurətdir. Unutmayaq ki, məlumat bizim mülkiyyətimizdir - onu qorumaq borcumuzdur.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!