22 Noyabr 2025 08:10
1139
SİYASƏT
A- A+
Bakının sülh səyləri praktik müstəvidə də öz təsdiqini tapır

Bakının sülh səyləri praktik müstəvidə də öz təsdiqini tapır


Azərbaycanın yekunda sülh qazandıran qətiyyətli siyasi yolu onu tamamilə yeni bir dövrə gətirib çıxarıb. Elə bir dövrə ki qüdrəti də, nüfuzu da Cənubi Qafqaz sərhədlərini aşaraq dünyaya yayılıb. Müharibədə qələbə çalan, işğala son qoyan, suverenliyini tam təmin edən ölkə olaraq adını müasir dünya tarixinə yazdıran Azərbaycanın silsilə qalibiyyətləri regionda de-fakto sülhü də bərqərar edib.  

Təsadüfi deyil ki, indi qlobal sülhlə bağlı keçirilən sammitlərdə tərəqqi vəd edən sülh mühiti formalaşdırılmış regionumuz misal çəkilir, nümunə göstərilir. Dünyanın istənilən ölkəsi Azərbaycanın ortaya qoyduğu unikal sülh modelini təqdir edir.


Barışın açarı


Güc mərkəzlərinin Cənubi Qafqazla bağlı mərhələ-mərhələ həyata keçirdikləri siyasi planlar sayəsində bu ərazi xüsusilə 1988-ci ildən sonra həlli mümkünsüz görünən münaqişə bölgəsinə çevrilmişdi. Onilliklər boyu qaranlığa qərq olan və sülhə gedən işıqlı yolları, əslində, missiyası sülh yaratmaq olan ATƏT-in keçmiş Minsk qrupu kimi ikilistandartlı qurumların əlləri ilə qəsdən qapadılan bölgənin potensial müharibə-münaqişə ocağı kimi qalması düşünülmüşdü. Lakin Azərbaycanın heç zaman işğal faktı ilə barışmaması, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin mötəbər tribunalardan daim haqq səsimizi dünyaya çatdırması Qarabağ məsələsinin beynəlxalq gündəmdən düşürülməsinə imkan vermədi. 

Ötən illərdə Ermənistanın işğalçı siyasətinin dünya miqyasında ifşası üçün mühüm işlər görüldü. Münaqişənin danışıqlar yolu ilə həllinin nəticəsiz olmasına rəğmən ölkəmiz ərazilərinin işğal altından qurtulması üçün siyasi-diplomatik və digər sahələrdə əhatəli iş apardı. 

20 sentyabr 2017-ci ildə Prezident İlham Əliyev Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxışında demişdi: "Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir".

Azərbaycan Prezidentinin tarixi çıxışının üzərindən cəmi üç il keçdikdən sonra ölkəmiz BMT TŞ-nin onilliklər boyu beynəlxalq ictimaiyyət tərəfindən icrasına məhəl qoyulmayan dörd qətnaməsinin hərb yolu ilə yerinə yetirilməsini təmin etdi. Bunun nəticəsində açılan Qarabağ düyünü Cənubi Qafqazda sülhün qapısının açarı rolunu oynadı. 

Cari il 8 avqust tarixli Vaşinqton görüşündə bölgədə davamlı normallaşmanın təməlləri atıldı, əldə edilən mühüm razılaşmalar regiona uzunmüddətli inkişaf üçün yeni səhifələr açdı. 

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın normallaşma istiqamətində atdığı addımlar, bu prosesə verdiyi əməli töhfələr hazırda bölgədə müşahidə olunan  faktiki sülhün səbəbidir. Bütün əldə olunan bu uğurlar isə təkcə Cənubi Qafqazın inkişafı ilə məhdudlaşmır, daha geniş coğrafiyaya hərtərəfli əlaqələr və əməkdaşlıq üçün mühüm zəmin formalaşdırır. 


Etimad quruculuğu


Bu il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalardan biri də Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üçün Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə bağlıdır. Orta dəhlizin mühüm halqasına çevriləcək TRIPP beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verəcək. 

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışı zamanı  Prezident İlham Əliyev iştirakçılara məlumat verdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin (TRIPP) tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.

Ermənistanın konstitusiyası dəyişdirilərək ölkəmizə qarşı ərazi iddiası ortadan qaldırılandan sonra isə sülh müqaviləsinin imzalanması yolunda heç bir maneə qalmayacaq və istənilən tarixdə ona imza atılacaq. 

Onu da vurğulayaq ki, regionda dayanıqlı sülhün əldə olunması üçün proseslər sadəcə siyasi müstəvidə aparılmır, barışın əsas şərtlərindən olan qarşılıqlı etimad quruculuğu istiqamətində də işlər görülür. 

Artıq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri heç bir vasitəçi olmadan görüşlər keçirirlər. Bu isə tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından mühüm hadisədir. Bu həm də iki ölkə arasında normallaşma istiqamətində aparılan danışıqların ictimai səviyyədə də dəstəklənməsini ortaya qoyur. 

Mühüm məsələlərdən biri də Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlıdır. Yəni işğal siyasəti nəticəsində onilliklər boyu dalan ölkəyə çevrilən Ermənistan artıq Azərbaycanın sayəsində "nəfəs" almağa başlayıb.  

Bütün bunlar uzun illər münaqişə içərisində olan ölkələrin artıq normallaşma ilə bağlı müəyyən irəliləyişlər əldə etdiklərinə nümunələrdir. Amma hələ qarşıda qət ediləsi yol çoxdur. Çünki cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi çox həssas və zaman tələb edən məsələdir. Bu sahədə atılan davamlı addımlar, heç şübhəsiz, təkanverici rol oynayacaqdır.

2020-ci və 2023-cü illərdə qazandığı ardıcıl hərbi-siyasi-diplomatik qələbələrindən sonra yaranan yeni geosiyasi reallıqların fonunda ölkəmizin sülh və etimad quruculuğu prosesi istiqamətində reallaşdırdığı əməli işlər, coğrafiyamızda dayanıqlı sülh və əməkdaşlığın bərqərar olması üçün göstərdiyi səylər özünü qabarıq büruzə verir. 

Bir sözlə, Cənubi Qafqazda proseslər Azərbaycanın yazdığı barış ssenarisi üzrə inkişaf edərək məntiqi sonluğuna, yəni davamlı sülhə doğru gedir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!