15 Sentyabr 2022 12:07
473
SİYASƏT
A- A+
Bakının qurtuluş günündə türk işığı var!

Bakının qurtuluş günündə türk işığı var!

Türkiyə ilə Azərbaycanı milli ruh, xəlqi ruh birləşdirir.

Türkiyə ilə Azərbaycan təkcə qonşu dövlətlər deyil, həm də qardaş dövlətlərdir.

Azərbaycan çətinliklərlə üzlşəndə Türkiyə, Türkiyə çətinliklərlə üzləşəndə Azərbaycan həm mənəvi, həm maddi, həm də hərbi dəstək göstərdi. Bu dəstək səmimi dəstək kimi tarix­ləş­di...

Ötən əsrin əvvəllərində Azərbaycanda vəziyyət son dərəcədə kəskinləşmişdi. Bolşevik­lər­lə birləşən daşnaklar Azərbaycanda müqayisəyəgəlməz qətllər, qırğınlar törədirdi. Bu, erməni qırğınları idi və Azərbaycanın dövlətçiliyini xalqın mübarizə əzmini qırmağa, ilhaqla barış­ma­ğa vadar etməyə hesablanmışdı. Xalq bununla barışa bilməzdi.

1918-ci ildə Azərbaycanda, əsasən Bakıda vəziyyət sözlə ifadə edilməz dərəcədə gər­gin­ləşmişdi. Bolşeviklər daşnaklardan, daşnaklar bolşeviklərdən istifadə etməklə Bakıda azər­bay­canlı əhaliyə qarşı əsl müharibə aparırdı, erməni-bolşevik birləşmələri tərəfindən baş­lanan qırğın nəticəsində minlərlə insan vəhşicəsinə öldürüldü. Bu, elə bir vaxt idi ki, Azərbaycanda milli-azadlıq hərəkatı kükrəmişdi, bu kükrəyişin nəticəsi kimi mayın 28-də Azərbaycan öz istiqlalını elan etmişdi, Qafqazda ilk Cümhuriyyət elan edilmişdi, Azərbaycan Demokratik Respublikası tarixi salamlamışdı.

Yüz dörd il bundan öncə 1918-ci ildə Azərbaycan, xüsusilə Bakı öz çətin və məşəqqətli günlərini yaşayırdı. Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni-bolşevik birləşmələri tərəfindən başlanan qırğın minlərlə insanın vəhşicəsinə öldürülməsi ilə nəticələndi. Azərbay­can mayın 28-də öz istiqlalını elan etsə də, Cümhuriyyətin rəhbərləri Bakıya gələ bilmir, fəa­liyyətlərini Tiflisdə davam etdirirdilər. Bolşeviklər zəbt etdikləri Bakının türk-müsəlman əhalisinin kütləvi qırğınını törədirdilər.

Vəziyyət belə davam edə bilməzdi, bu vəziyyət dövlətçiliyin itirilməsinə səbəb ola bilərdi. Buna görə də Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də Osmanlı hökumətinin Ədliyyə naziri Xəlil bəy və üçüncü ordunun komandiri Vəhib Paşa ilə bir müqavilə imzalamışdl. Bu müqavilənin 4-cü maddəsi Azərbaycanın yaşadığı siyasi və hərbi vəziyyətin aradan qaldırılma­sı­na hesablanmışdı sanki: Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını, dövlətçiliyini qorumaq üçün Türkiyədən hərbi yardım istəmək haqqına malik idi. Bu yardım istənildi. Həm də böyük ümidlərlə istənildi. Azərbaycan Cümhuriyyətinin belə bir yardıma ehtiyacı olduğunu Türkiyə aydınlığıyla duyurdu. Bu duyum sevgi, ehtiram kimi təzahür edəcəkdi: Azərbaycan xalqının yardım istəyinə Türkiyə hökuməti dərhal razılıq verdi. Bu müraciətə əsasən, iyun ayında 5-ci Qafqaz diviziyası və 15-ci Çanaqqala diviziyası Nuru paşanın komandanlığı altında birləşdi. Bundan sonra Azərbaycan-Osmanlı hərbi birləşmələri Qafqaz İslam Ordusu adlandırıldı. Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçmüşdü. Dövrün tarixi mənbələrində qeyd edilir ki, 5-ci Qafqaz diviziyası Azərbaycanda törədilənlərə qarşı hərbi əməliyyatlar apar­maq, Azər­bay­cana qəti kömək etmək üçün Gümrü və Qazax istiqamətindən irəlilədi. Bu qüvvələr iki qrupda birləşmişdi. Birinci qrupda 147 zabit, 2812 əsgər, ikinci qrupda 110 zabit, 2763 əsgər var idi. Türk Ordusu Calaloğlu, Sadaxlı, Kəmərli, Aslanbəyli istiqamətin­də hərəkət edə­rək Qazaxa gəldi. 1918-ci il iyunun 30-da daşnak-bolşevik hərbi birləşmələri Göy­ça­ya qəfil hücum etdikləri üçün türk qüvvələrinə əlavə kömək məqsədilə 65 zabit və 2475 əsgər Azərbaycana göndərildi.

Mənbələrdə göstərilir ki, bu qüvvələrdən əlavə 3-cü ordunun ehtiyatda olan 350 əsgəri də iyulun 9-da Qazaxa gəldi. İyunun 27-də Qafqaz İslam Ordusu Gəncə istiqamətində irəliləyən erməni-bolşevik qoşun birləşmələrinin qarşısını Göyçay yaxınlığında aldı. İyulun 1-də Qafqaz İslam Ordusu əks-hücuma keçib.

Türk qüvvələrindən əlavə Azərbaycan korpusu da formalaşdırılmışdı. Bu korpusda xidmət edən azərbaycanlı zabitlər İslam Ordusu komandanlığı tərəfindən Gəncədə açılan qısamüddətli hərbi kurslarda təhsil almışdılar. Bu korpusa azərbaycanlılardan ibarət bir neçə alay və könül­lü­lər daxil idi. Azərbaycan korpusuna podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi.

Bakıya yaxınlaşan Qafqaz İslam Ordusu ciddi müqavimətə rast gəlsə də qətiyyətli idi, qətiyyətlə irəliləyirdi. Bakıya yaxınlaşırdı.

Xilaskar Turk Ordusu Azərbaycanın nizami və könüllü dəstələri ilə çiyin-çiyinə irəlilə­yir­di. Onu da qeyd edək ki, Bakının azad olunmasından 39 gün əvvəl türk ordusunun Bakıya hü­cu­mu məğlubiyyətlə nəticələnmişdi. Türkiyədən əlavə hərbi qüvvələr istəyən və öz hissə­lə­rindəki Azərbaycan könüllülərini hərbi cəhətdən hazırlayan ordu ikinci qəti hücuma hazırla­şır­dı. Bu gərgin döyüşlərdən sonra türk ordusunun 15-ci diviziya qərargahı, 56-cı və 106-cı piyada alayları (1200 əsgər) əlavə qüvvə kimi Bakıya göndərildi. Bakının azad edilməsi uğrunda gərgin döyüşlər başladı.

Sentyabrın 14-dən 15-nə keçən gecə Qafqaz İslam Ordusu sürətli hücumla Bakıya daxil oldu. Bakı azad edildi. Sentyabrın 15-i Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gən­cədə yerləşən Azərbaycan hökumətinə teleqram göndərdi: "Allahın köməyilə Bakı şəhəri 15 sentyabr, saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı".

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələ­rin­dən azad etdi və hökümət Gəncədən Bakıya köçdü...

Bakının qurtuluş günündə türk işığı var!

 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!