25 May 2026 22:37
126
SİYASƏT
A- A+
Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatsa da, tədbirin beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin nüfuzlu media orqanlarında və rəsmi platformalarında yayımlanan materiallarda forum çərçivəsində müzakirə olunan qlobal urbanizasiya çağırışları, dayanıqlı şəhər inkişafı və iqlim dəyişiklikləri ilə bağlı təşəbbüslər geniş işıqlandırılır. Eyni zamanda, Azərbaycanın WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi, tədbirin təşkilati hazırlığı və Bakının beynəlxalq dialoq platformasına çevrilməsi xüsusi vurğulanır.

WUF13-ə ilk günlərdən geniş yer ayıran Pakistan mediası müzakirə olunan mövzuları hələ də diqqət mərkəzində saxlamaqdadır. Bu ölkənin “Hum English”“The Nation” və “The Diplomatic Insight” nəşrlərində yayımlanan materiallarda WUF13 çərçivəsində iqlim ədaləti, dayanıqlı yaşayış məntəqələri və urbanizasiya məsələlərinin geniş müzakirə olunduğu vurğulanıb. Yazılarda Bakının qlobal şəhərsalma dialoqu üçün mühüm platformaya çevrildiyi, Azərbaycanın tədbiri yüksək səviyyədə keçirdiyi qeyd olunub. Pakistan rəsmilərinin forumda inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinə beynəlxalq diqqətin artırılmasına dair çağırışları xəbərlərdə xüsusi vurğulanıb.

Meksikanın “La Razón”“Noticias de México” və “Hoja de Ruta Digital” nəşrlərində Bakıda uğurla yekunlaşan WUF13 çərçivəsində təntənəli mərasimlə növbəti forumun ev sahibliyi estafetinin rəsmən Mexiko şəhərinə ötürülməsi geniş işıqlandırılıb. Xəbərlərdə bu keçid Meksika paytaxtının qlobal şəhərsalma transformasiyasında istinad nöqtəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcək şəhərsalma siyasətləri üçün yeni strateji mərhələnin başlanğıcı olaraq qiymətləndirilib.

Qazaxıstanın “Inform.kz”Smartnews.kzAdyrna.kz“Kazinform”“KZ Vesti” və “KZ24” kimi media resurslarında WUF13 çərçivəsində Xəzər regionu, urbanizasiya və dayanıqlı inkişaf mövzularına xüsusi diqqət ayrıldığı qeyd olunub. Məqalələrdə Azərbaycanın qlobal urbanizasiya gündəliyində fəal iştirak etdiyi, Bakının beynəlxalq dialoq məkanına çevrildiyi vurğulanıb. Eyni zamanda, Qazaxıstanın müxtəlif bölgələrindən nümayəndələrin forumda müasir şəhərsalma və urbanizasiya məsələlərinə dair müzakirələrdə fəal iştirak etdikləri barədə məlumat verilib. Qazaxıstanlı nümayəndələrin də Xəzər dənizinin səviyyəsinin kəskin enməsi və ekoloji vəziyyətinin gərginləşməsi məsələsini qaldırdıqları bildirilib, bu problemin həlli üçün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsinin və məsələyə beynəlxalq diqqətin artırılmasının vacibliyini vurğuladıqları qeyd olunub.

Misirin Mənzil və Şəhərsalma Nazirliyinin rəsmi portalında yayımlanan materiallarda bu ölkənin WUF13-də sosial mənzil təminatı və aşağıgəlirli əhali üçün yaşayış proqramlarını təqdim etdiyi bildirilib. Yazılarda Bakının böyükmiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi qeyd olunub.

İranın Yol və Şəhərsalma Nazirliyinə bağlı “MRUD News” portalında yayımlanan materiallarda isə WUF13 çərçivəsində şəhərsalmanın inkişafı və regional əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulanıb. Yazıda Bakıda uğurla keçirilən forumda beynəlxalq iştirak dərəcəsinin də yüksək səviyyədə olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanının SPA agentliyinin yayımladığı xəbərdə bu ölkənin nümayəndə heyətinin WUF13 çərçivəsində Krallığın inklüziv və davamlı şəhər mühitinin formalaşdırılması sahəsindəki qabaqcıl təcrübələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi bu forumun qlobal şəhərsalma çağırışlarına qarşı beynəlxalq əməkdaşlığı gücləndirən strateji platforma olduğu vurğulanıb.

WUF13-ü xüsusilə geniş işıqlandıran Çinin “Sinxua” agentliyi bu mötəbər tədbirdə şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və mənzil əlçatanlığı üzrə beynəlxalq müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Hindistanın “Manorama Yearbook” portalında dərc olunan materialda WUF13-ün qlobal şəhərsalmaya dair inkişaf gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığı bildirilib, dünyanın müxtəlif yerlərindən gələn nümayəndələrin Bakıda şəhərsalma ilə bağlı çağırışlara dair müzakirələr apardıqları qeyd olunub.

Monteneqronun “DAN” nəşrində ölkənin nümayəndə heyətinin Bakı forumunda iştirakından bəhs olunub. Xəbərdə Monteneqronun Bakıdakı forumda özünün milli mənzil proqram və layihələrini təqdim etdiyi vurğulanıb.

Ukraynanın “TSN.ua”“Sq.com.ua” portallarında Ukraynanın müharibədən sonrakı bərpasında yeni mənzil siyasətinin əhəmiyyəti qeyd olunaraq, Xarkov merinin bu şəhərin bərpası ilə bağlı praktiki memarlıq və infrastruktur həlləri təqdim etdiyi vurğulanıb.

Tayvanda yayımlnan “YesMedia” portalında WUF13-də qəbul olunan “Bakı fəaliyyət çağırışı”ndan bəhs edilib. Yazıda beynəlxalq ictimaiyyətin mənzil və urbanizasiya problemlərinin həlli üçün birgə fəaliyyətə çağırıldığı qeyd olunub.

Rusiyanın ATI.su portalında Azərbaycanda yeni nəqliyyat dəhlizləri hesabına yük tranzitinin artım perspektivlərinə toxunulub. Məqalədə Bakının regional logistika və beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolunun gücləndiyi vurğulanıb.

Nigeriyanın “The Sun Nigeria” portalında on minlərlə iştirakçının qatıldığı forumun qlobal mənzil təminatı üçün yeni bir təkan olduğu qeyd edilib. Cənubi Afrika Respublikasının “Channel Africa” nəşri Bakı forumunda qlobal mənzil böhranına diqqət çəkilərək, tədbirin nəticələri barədə məlumat verilib. Bəhreynin “News of Bahrain” nəşrində bu ölkənin nümayəndə heyətinin forumda mənzil layihələri və şəhər inkişafı sahəsində apardığı müzakirələr əks olunub. Esvatininin “Independent News” qəzeti WUF13-ün yekununda qəbul olunan “Bakı fəaliyyət çağırışı”na diqqət ayırıb. Yazıda qlobal mənzil böhranına qarşı beynəlxalq öhdəliklərin gücləndirilməsi çağırışlarının forumun əsas nəticələrindən olduğu bildirilib.

Tanzaniyanın “Daily News” nəşri bu ölkənin dayanıqlı və davamlı şəhərlər qurmaq istiqamətində WUF13-də fəal təcrübə mübadiləsi apardığı, Myanmanın “Myanmar International TV” (MITV) televiziyasında forumda şəhərlərin inklüziv inkişafı ilə bağlı müzakirələrdən söhbət açılıb. Beynəlxalq miqyasda yayımlanan “Parametric Architecture”“Pressenza” və “Commonspace.eu” platformalarında yayımlanan materiallarda WUF13-ün qlobal urbanizasiya gündəliyinə töhfəsi, Azərbaycanın postmünaqişə dövründə şəhərsalma və bərpa siyasəti, həmçinin Bakının beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolu ön plana çəkilib. Yazılarda forumun dayanıqlı urban inkişaf üzrə yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaratdığı qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!