11 İyun 2024 15:42
509
İQTİSADİYYAT
A- A+
Bakıda yeni avtobus zolaqları təşkil edilib  

Bakıda yeni avtobus zolaqları təşkil edilib  

 

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqinə başlanılıb. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqları təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişindaşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.

Hazırda paytaxtda Şəmsi Bədəlbəyli küçəsi də daxil olmaqla 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək.

Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Qeyd edək ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

17:49
14 Noyabr

Doqquz ada ölkədə 77,7 min yeni iş yerləri açılıb  

17:49
14 Noyabr

  İran ABŞ və İsraildən təzminat tələb edib

17:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!