04 İyun 2023 10:40
760
İDMAN
A- A+
Bakıda taekvondo üzrə dünya çempionatı çərçivəsində müxtəlif tədbirlər keçirilir

Bakıda taekvondo üzrə dünya çempionatı çərçivəsində müxtəlif tədbirlər keçirilir

 

Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı bu gün başa catır. Yarışın beşinci günündə daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Qadınlar arasında 46 kq çəki dərəçəsində dünya çempionatının qızıl medalına Lena Stoykoviç (Xorvatiya) layiq olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutublar.
Kişilər arasında 54 kiloqram çəkidə dünya çempionu titulunu Tae-Joon Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Huqo Arillo Vazques (İspaniya) layiq görülüb. "Üçlüy"ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.
Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kiloqram) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), Səyyad Dadaşov (54 kiloqram) isə  özbək Omonjon Otajonova  məğlub olublar.
İyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
62 kiloqram çəki dərəcəsində mübarizə aparan Fatimə Məcidova mundialda debüt görüşünə 1/16 finaldan başlayıb. O, ilk döyüşünü Kristina Kaspaya (İtaliya) qarşı keçirib və iki raundun yekununda məğlub olub.
74 kiloqram çəkidə təmsilçimiz Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olub. İdmançımız 1/16 finalda Vasili Peruniçiçə (Monteneqro) qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 final qarşılaşmasında norveçli Sebastyan Tüneni məğlubiyyətə uğradan taekvondoçumuz medallar uğrunda mübarizəni davam etdirib. Təəssüf ki, 1/4 finalda, medalın bir addımlığında Eltac Qafarov xorvatiyalı Marko Qolubiçə uduzub.
Qeyd edək ki, yarışla bağlı 3000-dən artıq qonağın gəldiyi Bakıda çempionat çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Belə ki, dünya çempionatı çərçivəsində demo şou festivalı baş tutub. Festival Dünya Taekvondosunun (WT) nümayiş komandası tərəfindən Dənizkənarı Milli Parkda keçirilib.
WT-nin prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbirdən öncə komanda üzvləri ilə görüşüblər. Çunqvon Ço şəhər sakinləri ilə də söhbət edib, onlarla şəkillər çəkdirib.
Tədbirdə qonaq komandanın Azərbaycan milli rəqslərini də ifa etməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, iyunun 4-də başa çatacaq çempionata 145 ölkədən 949 idmançı qatılıb. 
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Ölkəmiz mundialı qəbul edən Avropa dövlətləri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.
Taekvondo üzrə dünya çempionatını izləyənlər arasında Azərbaycanla Türkiyənin qaziləri və amputant futbolçuları da  yer alıb. Onlar mundialın yarımfinal və final döyüşlərini, xüsusilə 3 qızıl medala yiyələnən türkiyəli taekvondoçuların mübarizələrini həyəcanla izləyiblər.
Yarışdan sonra qazilər və amputant futbolçular təşkilatçı komanda ilə görüşüb və onlara dünya çempionatına dair müxtəlif hədiyyələr təqdim edilib.
Dünən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar. Onlar Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.
Görüşdə qonaqlara ölkəmizdə taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə evsahibliyi etməsi tarixi hadisədir.
BOK və WT prezidentləri ardınca ATF-nin idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlar komanda ilə xatirə şəkli də çəkdiriblər.
Qeyd edək ki, bu gün - iyunun 4-də başa çatacaq çempionata 145 ölkədən 949 idmançı qatılıb. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!