18 İyun 2025 17:47
498
CƏMİYYƏT
A- A+
Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub  

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub  


İyunun 18-də Bakıda keçirilən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” adlı ikinci panel sessiya ilə öz işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, ikinci sessiya Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin moderatorluğu ilə keçirilib.

Panel sessiyada Albaniya Respublikasının Ali Məhkəmə Şurasının sədri İlir Rusi “Albaniya məhkəmə sisteminin idarə edilməsində Ali Məhkəmə Şurasının çətinlikləri” mövzusunda çıxış edib. O bildirib ki, bu cür beynəlxalq tədbirlər təcrübələrin paylaşılması baxımından çox əhəmiyyətlidir: “Albaniyada əsas ədliyyə islahatlarından 17 il keçir. Albaniyanın Ali Məhkəmə Şurası bir sıra normativ-hüquqi aktlar hazırlayıb. Biz potensialın genişləndirilməsi və müasir, rəqəmsallaşmış, səmərəli idarəetmənin yaradılması üzərində işləyirik. Albaniyada apellyasiya məhkəmələrində iş yükü artır. Bu da hakimlərin sayının yetəri qədər olmamasından irəli gəlir. Hesab edirəm ki, uzun müddət aparılan işlərdən sonra məhkəmə sistemində şəffaflıq daha da artırılacaq”.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Beqaliyev “Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının əsas fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib. O deyib ki, Qazaxıstan Məhkəmə Şurasının əsas rolu məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək, hakimlərin seçimi zamanı şəffaflığı qorumaq və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına töhfə verməkdir. “Qazaxıstanda yeni təyin olunan hakimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi müddəti uzadılaraq üç ilə çatdırılıb. Hakimlərin intizam məsuliyyətinin təmin olunması məqsədilə yeni mexanizmlər tətbiq edilib. Ağır qanun pozuntusu törədən hakimlərin məsuliyyətə cəlb olunması üçün yuxarı instansiya məhkəmələrinin qərarları əsasında yeni mexanizm hazırlanıb. Müdafiə vəkillərinin intizam proseslərində iştirakı və bu proseslərin hüquqi təminat altına alınması ilə bağlı dəyişikliklər qəbul edilib. Hakimlərin bəzi fəaliyyət növlərində iştirakına dair qanunvericilikdə konkret qadağalar müəyyən olunub. Bu tədbirlər Qazaxıstanda məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirmək və ədalət sisteminin səmərəliliyini artırmaq məqsədi daşıyır”, - deyə o diqqətə çatdırıb.

Slovakiya Respublikasının Məhkəmə Şurasının üzvü Dana Jelinkova Dudzikova “Slovakiya Respublikasının Məhkəmə-Hüquq Şurası – yeni çağırışların müasir dünyada icrası; texnoloji, sosial, kommunikasiya və qanunvericilik problemləri” mövzusunda çıxış edərək bildirib ki, qanunun aliliyi sərhəd tanımır: “Dövlətin bu qolunda hər hansı uğursuzluq digər sahələrə də təsir edə bilər. Slovakiyada 1300 hakim fəaliyyət göstərir. Bizim ölkədə hakim olmaq çətindir. Slovakiyada 4-5 dəfə imtahan vermədən hakim olmaq məsələsi qeydə alınıb. Bu, nadir hallarda baş verən təyinatdır. Məhkəmə Şurası 18 üzvdən ibarətdir. Bizim Məhkəmə-Hüquq Şurasında güclü səriştə mövcuddur”.

Çin Xalq Respublikasının Pekin Ali Xalq Məhkəməsinin Mühakimə Komitəsinin daimi üzvü Chang Nongrong “Çin məhkəmələrində məhkəmə administrasiyasının islahatı və inkişafı” mövzusunda çıxış edib. O qeyd edib ki, Çində məhkəmələr dörd səviyyəyə bölünür. “Ölkədə 3 mindən çox məhkəmə var. Pekində ümumilikdə 24 məhkəmə mövcuddur. Hakimlərin peşəkarlığını təmin etmək üçün məhkəmədə kvota sxemi yaradılıb. Ölkə üzrə 128 min hakim fəaliyyət göstərir. Müasir texnologiyaların tətbiqi məhkəmə inzibatçılığı üçün mühüm sistemə çevrilib. Çində ağıllı məhkəmələr qurulub, onlayn iddiaların qəbulu prosesi yaradılıb. Pekin şəhərində onlayn məhkəmə sistemi qurulub. Çin məhkəmələri bundan sonra da islahatları qətiyyətlə davam etdirəcək”, - deyə Chang Nongrong bildirib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sabiq rəhbəri Ramin Qaraqurbanlı “Müqayisəli perspektivdə məhkəmə şuraları: Avropada modellər” mövzusunda çıxış edib. O deyib ki, ölkəmizdə 20 il öncə məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin müdafiəsi ilə bağlı məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan yaradılıb. "Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində uğurla apardığı mütərəqqi islahatlar və Məhkəmə-Hüquq Şurasının rəhbərliyinin müasir yanaşması nəticəsində Azərbaycanda müstəqil şuranın təşəkkülü və inkişafına yeni nəfəs verilib. İcra hakimiyyətindən məhkəmə sisteminə aid yeni səlahiyyətlərin Məhkəmə-Hüquq Şurasına ötürülməsi bu qurumun müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacağına tarixi zəmin yaradıb. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatına görə, Avropa məkanında məhkəmə şuralarının sayının xeyli artması və onların işində mərkəzi icra hakimiyyəti orqanlarının iştirakının məhdudlaşdırılması tendensiyası müşahidə olunur. Aparılmış müqayisəli təhlilə görə, Avropa ölkələrinin əksəriyyətində, yəni 84 faizində artıq məhkəmə şuraları mövcuddur. Yeddi ölkədə isə şura yaradılmayıb. Həmin ölkələrdə məhkəmə-hüquq şuralarının səlahiyyətlərini hakimiyyətin başqa qollarına aid olan digər qurumlar həyata keçirir”, - deyə Ramin Qaraqurbanlı qeyd edib.

Müzakirələrdən sonra panel sessiya işini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!