Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul olub
Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, icra və qanunvericilik orqanlarının rəhbərləri, Gürcüstandan dəvət olunmuş yüksəkvəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik heyətin nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib ki, Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri daha da inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.
Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran diplomat ölkələrimiz arasında münasibətlərin dərinləşməsində, birgə layihələrin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rolunu xüsusi qeyd edib. Beynəlxalq sahədə də ölkələrimizin bir-birini dəstəklədiklərini bildirən Zurab Pataradze Gürcüstan və Azərbaycanın bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, enerji sektorunu ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirib. Vurğulayıb ki, birgə layihələr həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.
Azərbaycan xalqını və dövlətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən diplomat ölkələrimizin regionda sülh və sabitlik tərəfdarı olduğunu da vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Bunu hər iki ölkənin 105 il bundan əvvəl müstəqillik qazanması da sübut edir.
Gürcüstan xalqını və dövlətini müstəqillik bayramı münasibətilə təbrik edən Baş nazir bildirib ki, ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub. Vurğulayıb ki, Ümummilli Lider hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verirdi. Bu münasibətlər hazırda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xidmətləri sayəsində daha da inkişaf edərək dərinləşir.
“Ölkələrimiz arasında strateji tərəfdaşlıq və siyasi dialoq yüksək səviyyədədir. Biz bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Birgə həyata keçirilən layihələrimiz regionun inkişafına töhfə verir. Yaşıl enerji ilə bağlı yeni layihələr reallaşdırılır. Bütün sahələrdə əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da dərinləşəcək”, - deyə Ə.Əsədov əlavə edib.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib.
Tədbir iştirakçıları Abxaziya Dövlət Akademik Mahnı və Rəqs Ansamblı “Abxazeti"nin və Azərbaycanın Əməkdar artisti, gürcü müğənnisi Manana Caparidzenin ifasını dinləyiblər.
Həmçinin gürcü adət-ənənələrinin çoxəsrlik tarixini özündə əks etdirən gürcü milli geyimlərinin sərgisi keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Saturnun peykində su buxarı aşkar edilib
31 May
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsn...
31 May
“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb...
31 May
Mümkün atom qəzası ilə bağlı XƏBƏRDARLIQ
31 May
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib
31 May
Nadir qara dəlik kəşf edilib
31 May
“WhatsApp” hesabını artıq 4 cihazda açmaq olacaq
31 May
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
31 May
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
31 May
ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!