16 İyun 2022 17:54
931
İQTİSADİYYAT
A- A+
Bakıda bank və maliyyə ekosistemində yeni trendlər barədə müzakirələr aparılıb  

Bakıda bank və maliyyə ekosistemində yeni trendlər barədə müzakirələr aparılıb  

 

İyunun 16-da Bakıda ikigünlük “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusuna həsr olunub.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib ki, cari ildə həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur. Pandemiyadan əvvəl elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan əməliyyatların sayca 75 faizi, həcmcə 40 faizi nağdsız hesablaşmaların payına düşür. Ən böyük artım elektron ticarətlə bağlıdır. Belə ki, 2022-ci ilin aprelində bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb. Bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 faiz artaraq 11,9 milyona çatıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, 30 ildən sonra ərazilərimizin işğaldan azad edilməsi yeni imkanlar yaradıb. Bu ərazilərdə təmiz ətraf mühitin təmin olunması 10 ilin əsas strateji istiqamətlərindəndir. Azad edilmiş torpaqlarda “yaşıl enerji”, “yaşıl kənd təsərrüfatı”, “yaşıl texnologiya”nın tətbiqi üçün çox böyük potensial var. Bu ərazilərin bərpası zamanı müasir yanaşmaların tətbiqi gələcəkdə Qarabağın azad yaşıl zonaya çevrilməsinə gətirib çıxaracaq.

Mərkəzi Bankın baş direktoru Fərid Osmanov qeyd edib ki, 2018-ci ildə qlobal olaraq dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlinə bu rəqəm 23 min təşkil edib. 2021-ci ildə fintex ekosisteminə qoyulmuş investisiyaların həcmi 210 milyard dollara çatıb. Ölkədaxili bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub. Nağdsız ödənişlərin çəkisi kart ödənişlərində ilk dəfə 12,4 faiz bəndi artıb. Nağdsız ödənişlərin həcmində xüsusi önəm daşıyan elektron ticarətin məbləği 2,7 dəfə artaraq 6 milyard manat olub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Fərid Əhmədov vurğulayıb ki, maliyyə texnologiyalarının tətbiqi həm maliyyə bazarlarının, eyni zamanda, iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən çox önəmlidir. Nəzərə alsaq ki, maliyyə texnologiyalarının tətbiqi və inkişafı rəqəmsal transformasiya çərçivəsində baş verir, bu da bazar subyektlərinə data toplamaq imkanları yaradır. Data əsaslı yeni məhsullar hədəflənmiş şəkildə konkret müştəri bazasına yönəlik olur. Eyni zamanda, məhsulların daha çevik şəkildə bazara çıxarılmasını təmin edir. Biz nazirlik olaraq maliyyə texnologiyalarına xüsusi önəm verməklə yanaşı, bunu digər sahələrdə texnologiyaların inkişafı ilə bərabər qiymətləndiririk.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı diqqətə çatdırıb ki, maliyyə texnologiyalarının inkişafını rəqəmsal ödənişlər, rəqəmsal sərmayə, alternativ maliyyələşdirmə, rəqəmsal aktivlər və neo-bankçılıq istiqamətində təsnifləşdirmək olar. Azərbaycanda xüsusilə rəqəmsal ödənişlərin həcmi həndəsi silsilə ilə artır. 2021-ci ilə qədər rəqəmsal ödənişlərin həcminin ikiqat artması üçün cəmi iki il tələb olunurdusa, qarşıdakı dörd ildə Azərbaycanda rəqəmsal ödənişlərin daha iki dəfə artması proqnozlaşdırılır. Maliyyə texnologiyalarının inkişafı açıq bankçılıqla əlaqədardır ki, burada da həm innovasiyaları, həm də riskləri nəzərə almaq lazımdır. Bu məsələlər Azərbaycanda “Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi”ndə nəzərdə tutulur. Azərbaycanda tətbiqi proqramlaşdırma interfeysi üzrə (API) standartın hazırlanması və mərkəzləşdirilmiş API infrastrukturuna keçid maliyyə texnologiyalarının inkişafını daha da sürətləndirəcək. BankAPI infrastrukturunun yaradılması ilə startapların bank sektoruna inteqrasiyası təmin ediləcək.

2021-ci ildə dünyada finteks sektoruna ümumilikdə 210 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı deyən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov qeyd edib ki, bunun 51,7 milyard ABŞ dolları “e-tech” deyilən ödəniş sistemlərinə, 30 milyard ABŞ dolları isə kriptovalyutalar sahəsinə qoyulub.

Tədbir panel iclaslarla işini davam etdirib.

Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes, həmçinin ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!