01 May 2024 09:55
166
Mədəniyyət
A- A+

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

 

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan və Pakistanın poeziya və mədəniyyət gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Şirin Məlikova iki dövlət arasındakı mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bugünkü gecə bir-birinə qırılmaz tellərlə bağlı olan Pakistan və Azərbaycanın mədəni cəhətdən bağlığını özündə əks etdirib.

"Söz" ədəbi layihəsinin təsisçisi Nigar Həsənzadə bildirib ki, Sultan Əhməd Əlinin bu tədbirdə iştirakından böyük qürur hissi duyur: "Sultan Əhməd həm səxavətli, həm də humanist bir insandır. İkinci Qarabağ müharibəsi ərəfəsində daim dövlətimizə dəstək olub, dünyada haqq səsimizi çatdırmaqda səy göstərib".

Sultan Əhməd Əli söyləyib ki, o, Azərbaycana gəldikdən sonra özünü həm də ölkəmizin vətəndaşı kimi hiss edir. “Buna səbəb Azərbaycan xalqının qonaqpərvər olmasıdır. Azərbaycan daim qəlbimdədir. Mən muzey və eksponatlarla tanış olan zaman bura bir daha valeh oldum. Eyni zamanda, bu xalqın milli kimliyini qoruması pərəstiş etdiyim xüsusiyyətlərdəndir. Düşünürəm ki, iki dövlət arasında qurulan münasibətlər daha da inkişaf etməlidir. Pakistanın yeganə dostu Türk xalqlarıdır. 44 günlük Vətən müharibəsində Pakistanda namazlar qılınan zaman xalqımız daim Azərbaycan üçün dualar edirdi. Möhtəşəm və tarixi zəfər növbəti xoş xəbərlərin müjdəçisi oldu. Xocalı soyqırımını ilə bağlı təşkil olunan aksiyalarda pakistanlılar çox fəal iştirak edir. Pakistan və Azərbaycan bir ağacın iki budağıdır",- deyə o bildirib.

Tədbirin bədii hissəsi ilə davam edib.

Sonda Azərbaycan və Pakistan haqqında videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video