02 May 2014 01:05
4262
CƏMİYYƏT
A- A+
Bakı vaxtı ilə saat neçədir?

Bakı vaxtı ilə saat neçədir?

 Yerli teleradio kanallarının ümidinə qalsaq, bunu dəqiq demək çətindir

 

Vaxt var idi vaxtımız da özümüzünkü deyildi. Gözümüz Moskva Kremlindəki saatın əqrəblərində, qulağımız onun gur olduğu qədər də vahiməli zəngində idi. Həmin saat bizim nəinki vaxtımızın, hətta siyasi kimliyimizin, az qala, müqəddəs atributuna çevrilmişdi.

İndi, şükürlər olsun, müstəqil dövlətik. Vaxtımız da bütün mənalarda öz əlimizdədir. Daha Kreml saatının bizim zamanımızı müəyyənləşdirmək imkanı yoxdur. Özü də təkcə siyasi yox, həm də texniki cəhətdən. Çünki artıq 3 ilə yaxındır Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin internet səhifəsində (www.azstand.gov.az.) Milli Zaman və Tezlik Etalonunun təyin etdiyi Azərbaycan vaxtı yayımlanır. Buna milli zaman serveri də deyirlər və onu müəyyən texniki şərtləri yerinə yetirməklə istənilən kompyuterə sinxron etmək mümkündür.

Bütün bunları xatırlamaqda məqsədimiz var və bu barədə bir qədər sonra. İndi isə Azərbaycanın milli vaxtını göstərən cihaz haqqında qısa məlumat vermək istərdik.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyətləri laboratoriyasında quraşdırılmış etalon kompleksinə ABŞ-da istehsal olunan GPS qəbuledici sinxronizatorunun vaxt və tezlik etalonu, eləcə də taymer-sayğac analizatoru daxildir. Cihazın əsas işləmə prinsipi serium elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenlə qəbul edib vaxt və tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və ölkənin ən dəqiq vaxtını (saatını) bütün telekommunikasiya sistemlərinə ötürməkdən ibarətdir.

Yeri gəlmişkən qeyd edək ki, bu cihaz elə də ucuz deyil. Yəqin, elə həm də bu səbəbdən o, bütün ölkələrdə yoxdur. Deməli, Azərbaycanın belə cihaza malik olması milli vaxt etalonumuzun mövcudluğundan savayı, qürur və imkanımızın da göstəricisidir.

Amma gəlin görək yerli teleradio kanallarımız bu qürur doğuran imkandan istifadə edirlərmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil! Bizim teleradio kanallarımızın hər birinin öz vaxt "etalon"u var. Heç görmüsünüzmü, yaxud eşitmisinizmi, məsələn, teleradio kanallarımızın eyni vaxtda efirə verdikləri xəbərlər proqramları saniyəbəsaniyə demirik, dəqiqəbədəqiqə üst-üstə düşsün? Mümkün deyil! Ən yaxşı halda 25-30 saniyə, ən pis vəziyyətdə 1-2 dəqiqə fərq olacaq. İndi saatlarımızı hansının vaxtı ilə düzəldək? Yenəmi özgə vaxtla oturub-duraq? Axı müasir dövrdə nəinki hər saniyənin, hətta saniyənin yüzdə, mində birinin əhəmiyyəti, hökmü var. Artıq göydə Günəşin yerləşmə istiqamətinə baxıb vaxtı müəyyən etmək dövrü arxada qalıb. Elə isə teleradio kanallarımız efir vaxtlarını nəyə görə studiyalarındakı, yaxud qollarındakı bəlkə də Çin istehsalı olan keyfiyyətsiz saatlarla nüəyyənləşdirməlidirlər?! Heç olmazsa, qonşu Türkiyə və Rusiyanın kanallarına baxsınlar. Onlarda belə bir biabırçılıq (başqa cür adlandırmaq mümkün deyil) yoxdur və ola da bilməz! Çünki efirlərinə və milli vaxt etalonlarına hörmət edirlər.

Bir var öz etalonumuz olmaya, onda haradasa teleradio kanallarımızın özləri bir yana, tamaşaçı və dinləyicilərə etdikləri hörmətsizliyi bağışlamağa  bəhanə tapmaq mümkün idi. Bir də var artıq 2011-ci ilin ortalarından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən milli etalon vaxtının yayımlandığı və ondan ölkənin bir çox strateji dövlət qurumlarının istifadə etdiyi bir zamanda (söz düşmüşkən bildirək ki, dənizkənarı bulvardakı qüllədə quraşdırılmış elektron saat da milli vaxt etalonuna qoşulub) əhalinin dəqiq saatı öyrənmək üçün əsasən nəzər yetirdiyi və qulaq verdiyi teleradio kanallarımız bu vacib məsələyə qeyri-ciddi məqam kimi baxa.

Hərçənd biz onların tamaşaçı və dinləyicilərə belə münasibətlərində təəccüblü heç nə görmürük. Görmək istədiyimiz  dəqiq vaxtdır, onu da bacarsalar.

 

Raqif MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

15:44
25 Aprel

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:42
25 Aprel

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

15:24
25 Aprel

Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik

14:28
25 Aprel

Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

14:18
25 Aprel

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

14:04
25 Aprel

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

13:58
25 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub YENİLƏNİB

13:48
25 Aprel

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var

13:38
25 Aprel

Bazar günü gözlənilən hava şəraiti açıqlanıb

12:43
25 Aprel

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin üstü açılıb

10:54
25 Aprel

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb

10:52
25 Aprel

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!