02 İyun 2026 08:10
151
SİYASƏT
A- A+
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək


Mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyəti bərpa edilir. Beləliklə, bu tarixdən Azərbaycan-Gürcüstan vətəndaşları dəmir yolu vasitəsilə səfər edə biləcəklər. Dəmir yolu ilə sərnişin daşımalarının bərpası iki qonşu ölkə arasında münasibətlərin inkişafından xəbər verir. Bu qərar eyni zamanda Azərbaycanla Gürcüstan arasında turist axınlarını intensivləşdirməklə, turizm sektorunun inkişafına təkan verəcək. 

Milli Məclisin deputatı Göydəniz QƏHRƏMANOV qəzetimizə açıqlamasında bildirib ki, uğurlu regional əməkdaşlıq siyasəti nəticəsində Bakı-Tbilisi-Bakı qatar xəttinin yenidən fəaliyyətə başlaması və Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışı ilə bağlı imkanların genişləndirilməsi turizm sektoru üçün mühüm addım hesab olunur. Onun sözlərinə görə, bu qərar həm iki ölkə arasında turist axınının artmasına, həm də regionda iqtisadi və mədəni əlaqələrin daha da güclənməsinə xidmət edəcək.

Deputat qeyd edib ki, uzun illərdir Azərbaycan və Gürcüstan arasında formalaşmış turizm əlaqələri hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verib: "Gürcüstan azərbaycanlı turistlərin ən çox səfər etdiyi istiqamətlərdən biri olduğu kimi, Azərbaycan da Gürcüstan vətəndaşları üçün maraqlı turizm mərkəzlərindən hesab olunur. Dəmir yolu əlaqəsinin yenidən açılması daha sərfəli, rahat və təhlükəsiz səyahət imkanları yaradaraq turist axınının artmasına səbəb olacaq. Bakı-Tbilisi qatar marşrutu həm klassik səyahət ənənələrini yaşadan, həm də regionun turizm potensialını birləşdirən xüsusi nəqliyyat xəttidir". 

G.Qəhrəmanov vurğulayıb ki, qatar səyahəti insanlar üçün yalnız bir nəqliyyat vasitəsi deyil, həm də marşrut boyunca bölgələrin təbiətini, mədəniyyətini və əhalinin həyat tərzini müşahidə etmək imkanı yaradan fərqli turizm təcrübəsidir. Bu baxımdan sözügedən xəttin fəaliyyətə başlaması regional turizm paketlərinin hazırlanmasına da yeni imkanlar açır. "Eyni zamanda bu addım Azərbaycanın regionun əsas turizm və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir. Bakı ilə Tbilisi arasında yenidən canlanan dəmir yolu əlaqəsi Cənubi Qafqazda turizmin inkişafına yeni dinamika qazandıracaq", - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək  

22:53
01 İyun

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb  

22:52
01 İyun

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub  

22:50
01 İyun

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib  

22:49
01 İyun

 “Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir  

22:48
01 İyun

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:57
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!