27 Avqust 2026 14:10
190
DÜNYA
A- A+
ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?


Məsud Pezeşkian: "Amerika  iqtisadi təzyiqlə heç nəyə nail olmayacaq" 


ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehrana iqtisadi təzyiqinin yeni mərhələsini elan edib. Bu dəfə tədbirlər yalnız sanksiyalar altında olan İran səlahiyyət sahiblərini və təşkilatlarını deyil, həm də ölkənin pul və mal daşımaq üçün istifadə etdiyi xarici maliyyə və ticarət qurumlarını və vasitəçilərini hədəf alıb.

Nazir ABŞ-nin "beş iqtisadi arteriya" adlandırdığı sahələri hədəf alacağını açıqlayıb – rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya sektoru və dəniz gəmiçiliyi. O, həmçinin qanunsuz pul köçürmələri üçün iranlılara kömək edən xarici təşkilatları hədələyb: "İran üçün çirkli pulların yuyulmasına kömək edən hər hansı bir təşkilat ABŞ dollarına əsaslanan maliyyə sistemindən kənarlaşdırılacaq. Geri sayım indi başlayır". Bundan əlavə, təxminən 60 İran səlahiyyətlisinə, şirkətlərinə və gəmilərinə birbaşa sanksiyalar tətbiq edilib.

Son aylar İranın neft ixracı kəskin şəkildə azalıb. Əsas alıcı olan Çinə tədarük avqust ayında gündə təxminən 534.000 barelə düşüb ki, bu da iyul ayındakı 823.000 və bu ilin əvvəlində təxminən 1,58 milyon bareldən xeyli, göründüyü kimi, azdır. Bundan əlavə, "Reuters" agentliyinin istinad etdiyi rəsmi məlumatlara görə, İranda ərzaq qiymətləri iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 128 faiz artıb.

Amma Londonda yaşayan siyasi iqtisadiyyat üzrə şərhçi Əlirza Salavati ABŞ-nin yeni tədbirlərinin fundamental strateji dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşır. Şərhçinin "Alman dalğası" radiostansiyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, İran iqtisadiyyatının demək olar ki, bütün sektorları artıq ABŞ sanksiyaları altındadır. Buna görə də son məhdudiyyətlər tamamilə yeni təzyiq formasından daha çox mövcud tədbirlər üzərində nəzarətin sərtləşdirilməsi ola bilər. Onların əsas təsiri, ehtimal ki, psixoloji olacaq və inflyasiya gözləntilərini artıracaq.

Analitiklər hesab edirlər ki, yeni sanksiyalar Tehranın ticarəti maliyyələşdirməsini, xarici valyuta əldə etməsini və mövcud iqtisadi təchizat zəncirlərini qorumasını daha da çətinləşdirə bilər. Lakin qısa müddətdə əsas yük onsuz da  müharibənin və son dərəcə yüksək inflyasiyanın nəticələri ilə üzləşən şirkətlərin, muzdlu işçilərin və ev təsərrüfatlarının üzərinə düşəcək. Ekspertlər Vaşinqtonun artan iqtisadi təzyiqinin İran rəhbərliyinin siyasətini dəyişdirib-dəyişdirməyəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər.

Bu arada İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun "iqtisadi boğulma" təhdidlərinə Tehranın son cavabını təqdim edərək "ABŞ yeni iqtisadi sanksiyalar paketi ilə heç nəyə nail olmayacaq" deyə bildirib. ISNA xəbər agentliyinin məlumatına görə, Prezident deyib: "Hökumətin iqtisadi qurumları tərəfindən görülən tədbirlər sayəsində Amerika müharibədə nəticə əldə edə bilmədiyi kimi, bu mərhələdə də iqtisadi təzyiq vasitəsi ilə heç nəyə nail olmayacaq". O əlavə edib ki, "bizim prinsipimiz qarşılıqlı anlaşmaya nail olmaq və problemləri qarşılıqlı əlaqə və danışıqlar yolu ilə həll etməkdir, eyni zamanda, biz iqtisadi təzyiqlərə qətiyyətlə müqavimət göstəririk və belə də  davam edəcəyik". İran rəhbərliyi yeni tədbirlərin əhəmiyyətini rədd edərək, ölkənin 1979-cu il İslam inqilabından qısa müddət sonra tətbiq edilən sərt sanksiyalar altında onilliklərdir yaşadığını xatırladıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Qədim yunan üzüklərində meteorit dəmiri kəşf edilib

14:55
27 Avqust

Qərbi Nil virusu Yunanıstanda sürətlə yayılır  

14:23
27 Avqust

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

14:10
27 Avqust

Lənkəranda Yeni Azərbaycan Partiyasının sıraları genişlənir  

14:06
27 Avqust

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

14:03
27 Avqust

Saxta markalara qarşı nəzarət sərtləşdirildi: minlərlə litr alkoqol dövriyyədən çıxarıldı  

13:59
27 Avqust

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

13:37
27 Avqust

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

13:36
27 Avqust

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

13:01
27 Avqust

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

12:47
27 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:39
27 Avqust

Laçında unudulmaz kino günləri başa çatıb  

12:31
27 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb  

12:22
27 Avqust

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub  

12:19
27 Avqust

Bu gün Ümumdünya Göllər Günüdür

12:03
27 Avqust

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

12:02
27 Avqust

Nepalda daşqın səbəbindən çox sayda insan itkin düşüb

11:49
27 Avqust

Robert Köçəryan iki aylıq müddətə həbs edilib  

11:35
27 Avqust

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

11:33
27 Avqust

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib  

11:29
27 Avqust

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb  

11:23
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!