27 Aprel 2026 10:38
188
SİYASƏT
A- A+
Bakı-Kiyev əlaqələri qarşılıqlı etimada əsaslanır

Bakı-Kiyev əlaqələri qarşılıqlı etimada əsaslanır


Azərbaycan və Ukrayna ikitərəfli əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır 


Son illərdə dövlətlərarası münasibətlərdə müəyyən gərginliklər yaranıb. Bu gərginliklər bəzən siyasi qarşıdurmalara səbəb olur, müharibələrlə nəticələnir.  İran-İraq, İsrail-İran, İsrail-Livan və Rusiya-Ukrayna müharibələrini buna misal göstərmək olar. Azərbaycan da müharibə taleyi yaşayan ölkələrdən olub. Ötən əsrin sonlarında ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılıq imzalansa da, Ermənistan atəşkəsə əməl etmir, ərazilərimizə hərbi təcavüzü davam etdirirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu və Azərbaycan Ordusu hücumun qarşısını qətiyyətlə aldı. Bu təxribatdan sonra Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsi, mahiyyəti baxımından Vətən savaşı idi. 44 günlük müharibədə Bakını siyasi baxımdan dəstəkləyən dövlətlərdən biri də Ukrayna oldu. Azərbaycan müharibədə tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etdi. Nəticədə ölkəmizin dinamik inkişafı daha uğurla davam etdirilməyə başlandı. Dünya dövlətlərinin Azərbaycana yüksək siyasi etimadı daha da möhkəmləndi, qarşılıqlı münasibətlərin daha böyük formatda inkişafında əhəmiyyətli oldu. 

Hazırda müharibə aparan dövlətlər də Azərbaycanın siyasi nüfuzundan, ölkəmizin sülhyaratma missiyasından bəhrələnməyə maraqlıdırlar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Ukrayna dövlət başçılarının son görüşlərinin beynəlxalq təşkilatların toplantılarında olduğunu, Ukraynaya səfərlərinin tarixini, mahiyyətini xatırladaraq görüşlərdə müzakirə edilən məsələlərdən də söz açdı. Dövlətimizin başçısı 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələlərinin öz əksini tapdığını da xatırlatdı. Bu xatırlatmalar əlaqələrin etibarlığının daha da möhkəmləndirilməsi zərurətinə yönəldilmiş xatırlatmalar kimi qəbul edildi. Prezident İlham Əliyev mətbuata bəyanatında dedi ki, “...bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi; - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”. 

Dövlətlərarası münasibətlər siyasi münasibətlərlə məhdudlaşmır. Bu

baxımdan ikitərəfli münasibətlər həm də sosial həyatın bütün sahələrini, bu sıradan

iqtisadi münasibətləri də əhatə edir. Dünya iqtisadiyyatı belə münasibətlərlə

tənzimlənir. Azərbaycan ən etibarlı tərəfdaş kimi bu münasibətlər sistemində böyük etibara və etmada malikdir. Dünyanın əksər dövlətləri ilə səmimi siyasi

münasibətləri olan Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gücü onun

iqtisadi inkişafı şərtləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ukrayna dövlət başçısı Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında iqtisadi əlaqələrin ticarət dövriyyəsi ilə bağlılığına da toxunaraq dedi: “...ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var; - Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”. 

Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı etimadın, inamın ifadəsi olan rəsmi səfərlərin əhəmiyyəti haqqında da fikirlərini bildirdi. Bu fikirlər təkcə bir görüşü, bir səfəri deyil, ümumən görüşləri, səfərləri şərtləndirən siyasi düşüncələrdir. Dövlət başçımız mətbuata bəyanatında dedi: “...son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”. 

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında

bildirdi ki, Moskva razılıq verərsə, danışıqlar prosesinin Azərbaycanda davam

etdirilməsi mümkündür. Rəsmi Kiyevin fikrincə, Bakı iki dövlət arasında dialoqu təşkil edə bilər. Bu yanaşma Azərbycanın sülh məramlı bəşəri dövlət olduğunun ifadəsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri həm də bu gerçəkliyin bir daha ifadə olunmasıyla tarixləşdi. 


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir

12:15
27 Aprel

ABŞ Filippinə bir müddət Rusiyadan neft almağa icazə verib

12:14
27 Aprel

Çinin təmiz enerji ixracı rekord səviyyəyə çatıb

12:13
27 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

12:00
27 Aprel

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

11:48
27 Aprel

Ötən həftə 62 mina və 621 digər partlayıcı sursat zərərsizləşdirilib

11:47
27 Aprel

CNN: Ağ Evdə son atışma ilə əlaqədar təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir

11:45
27 Aprel

Hesabat: Asiya ölkələrinin müdafiə xərcləri rekord səviyyəyə çatıb  

11:44
27 Aprel

“Morgan Stanley”: Qlobal neft ehtiyatları sutkada 4,8 milyon barel azalır  

11:43
27 Aprel

WUF13-də iştirak etmək üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib

11:42
27 Aprel

Arxeoloq: Erməni vandalizmi Qarabağda hər yerdə izlənilirdi  

11:40
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya  

11:39
27 Aprel

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

11:11
27 Aprel

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

11:10
27 Aprel

BMT nümayəndəsi: WUF13 çərçivəsində növbəti 10 il üçün əsas prioritetlər müəyyənləşdiriləcək

11:10
27 Aprel

Prezident İlham Əliyevin müəyyən etdiyi sülh gündəliyi beynəlxalq səviyyədə təqdir olunur

11:08
27 Aprel

DSX-nin hərbi qulluqçusu 5-ci dəfə dünya çempionu olub

11:05
27 Aprel

Bakı-Kiyev əlaqələri qarşılıqlı etimada əsaslanır

10:38
27 Aprel

Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib

10:34
27 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:28
27 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:01
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!