27 Aprel 2026 11:08
218
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin müəyyən etdiyi sülh gündəliyi beynəlxalq səviyyədə təqdir olunur

Prezident İlham Əliyevin müəyyən etdiyi sülh gündəliyi beynəlxalq səviyyədə təqdir olunur


Dövlətimizin başçısının “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bunu bir daha təsdiq etdi


“Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi dövlətimizin başçısının sülhpərvər siyasətinə verilən yüksək dəyərdir. Bu mükafat, sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin parlaq ifadəsidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyır. Gernika faciəsi, 26 aprel 1937-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı faşist Almaniyasına məxsus "Kondor" legionunun təyyarələri tərəfindən Bask bölgəsindəki Gernika şəhərinin bombardman edilməsi nəticəsində baş verən dəhşətli qırğındır. Bu qırğın nəticəsində şəhər demək olar ki, tamamilə yerlə yeksan edilib, yüzlərlə mülki insan həlak olub. Bu hadisə müharibədə dinc əhaliyə qarşı törədilən ilk genişmiqyaslı hava hücumlarından biri kimi tarixə düşüb. 26 aprel tarixi hər il Gernika qurbanlarının anım günü kimi qeyd olunur.

Millət vəkilinin sözlərinə görə,  Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində vurğulandığı kimi, Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır. Bu mükafat sülh naminə  müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezident İlham Əliyevin bu  mükafata layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

“Şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir. Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi  böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir”,-deyə deputat vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir

13:19
27 Aprel

Andrey Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

13:10
27 Aprel

Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

13:10
27 Aprel

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

13:09
27 Aprel

Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır  

13:08
27 Aprel

Prezident İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var

13:08
27 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

13:01
27 Aprel

Azərbaycanın bir sıra şəhərlərində WUF13 Festivalının keçiriləcəyi məkanlar açıqlanıb

12:53
27 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub  

12:49
27 Aprel

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək

12:46
27 Aprel

İranlı diplomat Həcc ziyarətinə gələn iranlı zəvvarlara göstərilən qayğıya görə Ər-Riyada minnətdarlıq edib  

12:42
27 Aprel

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar parlamentdə üçüncü oxunuşda qəbul edilib

12:39
27 Aprel

“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib  

12:34
27 Aprel

İranın xarici işlər naziri Sankt-Peterburqa gəlib

12:29
27 Aprel

Azərbaycan Efiopiya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək

12:26
27 Aprel

Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasında imzalanan Saziş təsdiqlənib

12:21
27 Aprel

Milli Məclis WUF13-ə dair Sazişi təsdiqləyib

12:17
27 Aprel

ABŞ Filippinə bir müddət Rusiyadan neft almağa icazə verib

12:14
27 Aprel

Çinin təmiz enerji ixracı rekord səviyyəyə çatıb

12:13
27 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

12:00
27 Aprel

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

11:48
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!