04 May 2025 08:15
830
SİYASƏT
A- A+
Bakı ilə Pekinin yeni geosiyasi tərəfdaşlığı

Bakı ilə Pekinin yeni geosiyasi tərəfdaşlığı


Prezident İlham Əliyevin Çinə dövlət səfərinə yalnız Azərbaycanda deyil, xarici KİV-də də böyük diqqət yetirildi. Qlobal masştabda mətbu nəşrlər bu mövzuya geniş yer verdi. Ekspertlər Azərbaycanın dövlət başçısının səfərini bir çox aspektlərdə təhlil etdilər. Çünki Pekində mahiyyətcə zəngin və strateji xarakterli məsələlər müzakirə edilmişdir. Bu zaman regional və qlobal miqyaslarda aktual olan məsələlər diqqət mərkəzində olmuşdur.


Turbulent dünyanın sabitlik trendləri


Ekspertlər dünya nizamının yeniləşdiyinə şübhə etmirlər. Bu proses, təəssüf ki, təhlükəli və riskli yön alır və hərbi münaqişələrlə müşayiət olunur. Dünya sanki geniş geosiyasi turbulentlik məkanıdır və burada istənilən ölkəni "geosiyasət küləyi yerindən oynada bilər". Özlüyündə belə bir həssas məqamda uğurlu xarici siyasət yeritmək böyük ustalıq tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə bu kontekstdə nəzər saldıqda, aktual məqamları görmək mümkün olur. Bu səfər bir çox anlamlarda hər iki dövlət üçün tarixi əhəmiyyətlidir.

Birincisi, XXI əsrdə ilk dəfədir ki, tarixi İpək yolu üzərində Uzaq Şərqi, Mərkəzi Asiyanı və Qafqazı birləşdirə biləcək iki açar dövlət - Azərbaycan və Çin hüquqi statusu olan sənədlərlə strateji əməkdaşlığın konkret ayrıntılarını təsbit etdilər.

İkincisi, Çinlə Azərbaycan Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə dünyanın böyük geosiyasi güclərinin fəal surətdə rəqabət apardığı şəraitdə münasibətlərin strateji kontekstdə tənzimlənməsi ilə bağlı razılıq əldə etdilər.

Üçüncüsü, Azərbaycan dünyanın ikinci ən böyük gücü ilə əməkdaşlıq qurur, Çin isə türk dünyasının önəmli bir dövləti ilə münasibətlərə konkret hüquqi məzmun verir.

Bu üç məqamın fonunda Prezident İlham Əliyevin Pekinə səfəri Bakının turbulent dünyada sabitlik trendinin mühüm bir xəttini yaratdığı anlamını verir. Aparılan danışıqlar və əldə olunan razılıqlar bunu əyani təsdiq edir. Belə ki, tərəflər strateji tərəfdaşlığın bütün əsas istiqamətlərini əhatə edən hüquq, "yaşıl inkişaf", rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədi, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalamışlar! Bu, müasir mərhələdə real strateji əməkdaşlığın gözəl nümunələrindən biridir. Və hərtərəfli əməkdaşlıq deməkdir.

İki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın preambulasında deyilir: "Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər".

Azərbaycanla Çin arasında imzalanmış Birgə Bəyanatda ifadə edilən bu ümumi fikrin işığında liderlərin söylədikləri bir neçə mühüm tezis çox böyük əhəmiyyət kəsb edir. Onların məzmunu göstərir ki, əvvəla, tərəflərin birgə fəaliyyət niyyətləri uzunmüddətli və konkret strateji hədəflidir; ikincisi, burada əsas olaraq layihələr və proqramlar üzrə əməkdaşlığa üstünlük veirilir və nəhayət, strateji əməkdaşlıq bütün dünyanı əhatə edir. Həmin sırada Çin başçısının bir fikri əhəmiyyətlidir.


Dünya nizamının qorunmasında birgə fəaliyyət


Si Cinpin Azərbaycan Prezidenti ilə müzakirələrdə bəyan etmişdir ki, Pekin beynəlxalq sistemin müdafiəsi, təhlükəsizlik sferasında Azərbaycanla əməkdaşlığa hazırdır. Bu nöqteyi-nəzərdən Çin rəhbəri ticarət tariflərini və ticarət müharibələrini əsas maneə kimi gördüyünü də ifadə etmişdir. Fikirlərini bir qədər də geniş açaraq, o, üç faktoru qabartmışdır. Birincisi, Çin Azərbaycanla birgə BMT-nin mərkəzi rolunun təmin edildiyi beynəlxalq sistemi ("BMT mərkəzli dünya nizamı"nı) müdafiə etməyə hazırdır. İkincisi, Çin beynəlxalq ədaləti müdafiə etməyə hazırdır. Üçüncüsü, Çin hüquqa əməl edilməsini təmin etməyə hazırdır.

Bunları geosiyasi və siyasi-diplomatik kontekstlərdə ümumiləşdirdikdə, əməkdaşlıq baxımından maraqlı mənzərə alınır. Belə görünür ki, Çin Azərbaycanı qlobal miqyasda ciddi aktor kimi qəbul edir. Azərbaycanla regional, regionlararası və qlobal miqyaslarda əməkdaşlığın perspektivlərinə inanır. Bundan başqa, Çin müasir dünya üçün strateji əhəmiyyətli məsələlərdə Azərbaycanla birgə fəaliyyətə ümid edir. Bunlar BMT-dəki islahatlar, beynəlxalq ədalətin təmini və təhlükəsizlikdir. Belə çıxır ki, Çin Azərbaycanın müasir mərhələdə dünyanın əməkdaşlıq və təhlükəsizlik arxitekturasının qurulmasında rolunu çox dəyərləndirir. Bakının Qərblə münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini mümkün hesab edir. Bu, birbaşa Azərbaycan Prezidentinin liderlik və siyasi-diplomatik məharətinin nəticəsidir.


"Üç şər qüvvə" - ekstremizm, terrorizm və separatizm


Daha konkret səviyyədə Çin tərəfinin Azərbaycanla əməkdaşlığa önəm verməsinin bir faktı çox əhəmiyyətlidir. Bunu Çin tərəfi "üç şər qüvvə" ilə mübarizə kimi təqdim etmişdir.

Öncə, Çinin ekstremizmi, terrorizmi və separatizmi şər qüvvələr adlandırması Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsini həm də xeyirin şər üzərində qələbəsi, ağlın, məntiqin və müdrikliyin təntənəsi kimi təsnif etməsi baxımından maraq doğurur. Yəni, Pekin, faktiki olaraq, Ermənistan tərəfinin Azərbaycana qarşı etdiklərini "şər qüvvələrin əməli" kimi qəbul edir.

Digər tərəfdən, Çin rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini və suverenliyi təmin etməsini nəinki müsbət hadisə kimi qiymətləndirir, hətta postmüharibə mərhələsində bu məsələdə Bakını aktiv müdafiə etdiyini də bəyan edir. Çin tərəfi Azərbaycanın dövlət suverenliyini, müstəqilliyi və ərazi bütövlüyünü müdafiə etməkdə göstərdiyi fəaliyyəti dəstəkləyir.

Çin Azərbaycanın milli maraqlara uyğun inkişaf yoluna davam etməsinə tam dəstək verir. Bunların fonunda Pekin Azərbaycanla birgə qətiyyətlə "üç şər qüvvə" ilə - ekstremizm, terrorizm və separatizmlə mübarizə aparmaqda əməkdaşlıq edəcəkdir.

Bunlar Çinin Azərbaycanı həm də etibarlı strateji tərəfdaş kimi qiymətləndirməsi deməkdir. Rəsmi Bakının xarici siyasətinin prioritetlərini Pekin qəbul edir və bu istiqamətdə əməkdaşlığı özü üçün faydalı sayır.

Nəhayət, vurğulanan məqamın işığında Azərbaycan-Çin münasibətlərinin regionlararası miqyasdan qlobal miqyasa transformasiyası düşündürücü və aktualdır. Burada yeni İpək yolu kontekstində Orta dəhliz məsələsi xüsusi əhəmiyyət kəsb edir.


"Bir kəmər, bir yol" və Zəngəzur dəhlizi


Azərbaycanla Çin inkişaf strategiyalarının uyğunlaşdırılması aspektində "strateji planlaşdırmanı optimallaşdırmaq" zərurətini qəbul edirlər. Bunun üçün əməkdaşlıq mexanizmlərini təkmilləşdirməkdə, potensialı artırmaqda və "Bir kəmər, bir yol"u birgə qurmağı dərinləşdirməkdə və genişləndirməkdə maraqlıdırlar. Dövlət başçıları bu istiqamətdə birgə fəaliyyətin artıq əhəmiyyətli töhfələr verdiyini qeyd etmişlər. Həmin əsasda yüksəkkeyfiyyətli inkişafa nail olmağa ümidlidirlər.

Ekspertlər bunları sadəcə bəyanat deyil, real nəticəsi olan strateji tərəfdaşlığın əlamətləri kimi xarakterizə edirlər. Çin üzrə ekspert olan İvo Qançev bu aspektdə deyir: "Azərbaycanın uzunmüddətli geosiyasi məqsədlərindən danışanda, şübhəsiz, onun "Bir kəmər, bir yol" təşəbbüsündə daha əhəmiyyətli rol oynamağa can atmasını demək lazımdır. Azərbaycan Çinlə Avropanı birləşdirən marşrutda açar tranzit və logistik düyün keyfiyyətində çıxış edə bilər".

Həqiqətən də, Azərbaycan-Çin münasibətlərində Orta dəhliz strateji əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin son Pekin səfəri ilə yuxarıda vurğulanan ekspert fikri çox əhəmiyyətlidir. Onlar bir daha göstərir ki, Zəngəzur dəhlizi məsələsi getdikcə daha böyük mənada Orta dəhliz kontekstində qiymətləndirilir və onun reallaşmasına Azərbaycan addım-addım yaxınlaşır. Bu baxımdan Çinin ciddi dəstəyi olduqca əhəmiyyətlidir. Tərəflər arasında əldə edilən razılıqların ümumi mahiyyəti, məzmunu və məqsədi Zəngəzur dəhlizinin açılmasına elə də çox zaman qalmadığını göstərir.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!