Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Qayınatama məxsus, özəlləşdirilməmiş mənzildə həyat yoldaşım, mən və iki övladım qeydiyyatda olmuşuq. Lakin qayınatam ikinci qrup əlil olduğundan həkim məsləhəti ilə onunla birlikdə ona məxsus bağ evində yaşamışıq. Mənzildə isə qayınım ailəsi ilə yaşayıb. Qayınatam dünyasını dəyişdikdən sonra qaynımın iddiası əsasında keçirilən məhkəmə bizim ailənin bütün üzvlərini mənzildən istifadə hüququndan məhrum edilməsi və qeydiyyatdan çıxarılması haqqında qərar verdi. Növbəti məhkəmə instansiyaları da ilk məhkəmənin qərarını qüvvədə saxladı. Bilmək istəyirəm, hansı hallarda iki övladdan birinin ailəsi mənzildən istifadə hüququndan məhrum oluna bilər və bu, mənzil özəlləşdirilərkən həyat yoldaşımı da vərəsəlik üzrə mülkiyyət hüququndan məhrum edirmi?
Rüxsarə Həsənova,
Sumqayıt şəhəri
- Siz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisəli mənzildən çıxarılmısınız. Qaynınızla sizin aranızda olan mübahisənin halları və qəbul olunmuş qətnamə barədə dəqiq məlumat olmadığından sualınızın birinci hissəsini cavablandırmaq mümkün deyil.
Sualınızın ikinci hissəsinə gəldikdə, mənzil qayınatanız tərəfindən özəlləşdirilmədiyindən həyat yoldaşınızın ona münasibətdə vərəsəlik hüququ üzrə mülkiyyət hüququndan danışmaq mümkün deyil.
Bundan başqa, həyat yoldaşınız mübahisəli mənzildə mərhum atası ilə birlikdə yaşamadığından sonuncunun vəfatı ilə əlaqədar ərinizin həmin mənzilin kirayəçisi kimi tanınmasını tələb etmək hüququ yoxdur. Çünki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!