Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Təqaüdçüyəm, 40 il əmək stajı olan əmək veteranıyam. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində mülkiyyətimdə torpaq sahəsi (270 kv.m. tikili, 96 kv.m. həyətyanı sahə) var. Həmin torpaq sahəsinə görə 56,7 manat vergi ödəyirəm. Bilmək istəyirəm ki, hər kvadratmetr üçün vergi necə hesablanır? Əmək veteranı olduğum üçün mənə vergi güzəşti tətbiq edilə bilərmi? Prezidentin 2011-ci ilin aprel ayında verdiyi Fərmanla əhalinin borcları silinmişdir. Həmin Fərman torpaq vergisinə də şamil edilirmi?
Fatma Məmmədova,
Bakı şəhəri
- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə görə, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Həmin Məcəllənin 206.3-cü maddəsinə görə, Bakı şəhəri üzrə yaşayış fondlarının həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 0,6 manat vergi dərəcəsi tətbiq olunur.
Göründüyü kimi, mülkiyyətinizdə olan torpaq sahəsinin hər 100 kvadratmetri üçün illik 0,6 manat vergi ödəməlisiniz.
İkinci sualınızla bağlı qeyd edək ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 207.1-ci maddəsində torpaq vergisinə cəlb edilməyən torpaqlar, 207.2-ci maddəsində isə həmin Məcəllənin 102.2-ci maddəsinə istinad edilməklə mülkiyyətlərində olan torpaq sahələrinə görə torpaq vergisi 10 manat azaldılan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Qeyd edək ki, həmin maddələrdə əmək veteranlarının torpaq vergisindən azad edilməsi və ya bu kateqoriya şəxslərin torpaq vergisinin 10 manat məbləğində azaldılması nəzərdə tutulmamışdır.
Üçüncü sualınızda qeyd etdiyiniz Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanının 1-ci bəndinə əsasən əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir. Başqa sözlə, həmin Fərmanla silinmiş borclar torpaq vergisinə şamil edilə bilməz.
21 yaşım var, hazırda xarici ölkədə əyani təhsil alıram. Üçüncü kurs tələbəsiyəm. Ali təhsil müddətində möhlət almaq hüququna hər hansı məhdudiyyət varmı?
Roman,
Bakı şəhəri
- "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 18.1.3 və 21.1.5-ci maddələrinə görə, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) təhsilini bitirənədək möhlət verilir. Qeyd edək ki, möhlət yalnız bir dəfə verilir və təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!