03 İyun 2025 14:18
400
SİYASƏT
A- A+
"Bakı Enerji Həftəsi" enerjinin gələcəyini formalaşdırır

"Bakı Enerji Həftəsi" enerjinin gələcəyini formalaşdırır

Azərbaycan Bakı Enerji Forumunu artıq 30 ildir təşkil edir. Bu uğurlu yolun başlanğıcı isə 1994-cü ildən start götürüb. Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində ilk cəsarətli addımlarını atan Azərbaycan sabit siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə çevrilib. Yubiley münasibətilə göndərilən təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda enerji müstəqilliyinin dayanıqlılığı əsas prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi davamlı olaraq dəstəklənir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın həqiqətən də enerji təhlükəsizliyinin regionda və daha geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut etdiyi qeyd olunur. 

Beləliklə, “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirir. 30 ölkədən 200-dən çox şirkəti qəbul edən builki forumun açılış məsamində dövlət başçımız da vurğuladı ki, “bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”.

Azərbaycan regionda yeni mühit formalaşdırır, Avropanın enerji təhlükəsizliyinin təminatçısına, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bir il əvvəl Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 8 idisə, bu gün artıq bu rəqəm 12-yə çatıb. İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın geosiyasi əhəmiyyətinin ilbəil artdığını təsdiqləyir.

Azərbaycan həm də enerji resurslarının düzgün idarə edilməsi, hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar balansına diqqət yetirilməsi nümunəsi sərgiləyir. 

Dünyada qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balansın nəzərə alınmadığı bir vaxtda ölkəmiz həm də yaşıl gündəliyini zənginləşdirməkdədir. Belə ki, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. 

Təsadüfi deyil ki, məh zötən il “Bakı Enerji Həftəsi” çərçivəsində 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Budəfəki tədbir çərçivəsində də yeni sazişlər imzalandı. 

COP29-un ev sahibi kimi Azərbaycan enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirən etibarlı tərəfdaş kimi yadda qaldı. 

Bir sözlə, Azərbaycan enerji sahəsində dünya miqyaslı mühüm aktora çevrilib. Bütün tərəfdaşlar Azərbaycanın enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təqdir edir.

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!