18 İyun 2020 16:10
593
CƏMİYYƏT
A- A+
Badamdar yamacında sürüşmənin qarşısının alınmasına dair layihənin icrasına başlanılıb

Badamdar yamacında sürüşmənin qarşısının alınmasına dair layihənin icrasına başlanılıb


Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün kompleks tədbirlərdən ibarət layihə işlənilib hazırlanıb. Artıq layihənin həyata keçirilməsi işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli jurnalistlərə müsahibəsində deyib.

T.Hüseynli bildirib ki, Badamdar yamacında böyük bir layihə həyata keçirilir. Uzun müddətdir bu ərazidə Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin və mütəxəssislərinin iştirakı ilə tədqiqat işləri aparılıb. Tədqiqat işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri, eləcə də Yaponiyanın şirkətləri də iştirak ediblər. Genişmiqyaslı tədqiqat işlərinin nəticələri araşdırılıb, təhlil olunub və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” İnstitutu Yaponiya şirkətləri ilə birlikdə bu yamacdakı problemləri birdəfəlik həll etmək üçün kompleks tədbirlərdən ibarət layihə hazırlayıb. Artıq layihənin həyata keçirilməsinə başlanılıb. Bu layihə bir neçə mərhələdə həyata keçiriləcək. Hələlik layihə yamacın üst hissəsində icra olunacaq. Burada layihə üzrə üç drenaj quyunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30 metr, diametri 3,5 metrdir. Quyular arasında məsafə isə 42-50 metrdir.

T.Hüseynli qeyd edib ki, məqsəd yamaca daxil olan suları kənarlaşdırmaqdır. Bu quyuların qazılması ilə bərabər, paralel olaraq yamacın terrastlaşdırılması işi aparılacaq. Yamacda terraslaşma işi bu quyular müəyyən qədər qazıldıqdan sonra, yəni, artıq sular kənara aparıldıqdan sonra başlanacaq. Əsasən dörd terras nəzərdə tutulub ki, bunların səthləri dəmir betonla örtüləcək və xüsusi ankerlər vasitəsilə yamaca bərkidiləcək. Ondan sonra Badamdar istiqamətindən "20-ci Sahə”yə doğru gedən hissəyə qədər ərazidə təbii torpaq kütləsi ilə yenidən terraslaşma işi görüləcək. Daha sonra Badamdar-"20-ci Sahə” istiqamətində yolboyu sağ tərəfdə uzunluğu təqribən 1200 metr olan qoruyucu divar inşa ediləcək. Sonda da yamacda abadlaşdırma işləri aparılacaq. Çünki bu yamac şəhərin bir çox yerindən görünür. Ona görə də yamacın ümumi görünüşünün gözəlliyi mühüm əhəmiyyət daşıyır.

Bütün işlərin eyni vaxtda aparılmasının mümkün olmadığını deyən rəis müavini bildirib ki, burada əsas məsələ yamacın stabilliyini təmin etməkdir. Bunun üçün ilk növbədə yamacda sürüşmənin baş verməsinə səbəb olan yeraltı sular tənzimlənməlidir. Bununla bağlı müvafiq qurğular Yaponiyadan gətirilib və qazıntı işlərinə başlanılıb. Quyulara pilləkənlər qoyulacaq, xüsusi nasoslar quraşdırılacaq. Bunun da sayəsində suyun səviyyəsi qalxdıqca avtomatik surətdə sahədən kənərlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq və digər işlər də paralel aparılacaq.

"Tikintini aparan yerli şirkətlərdir. İndi yollar bağlı olduğuna görə yaponiyalı mütəxəssislər bu işlərə onlayn qaydada nəzarət edirlər. Görülən işlər haqqında onlarla daim məsləhətləşmələr aparırıq. Bu layihə Azərbaycanda yeni bir iş deyil. Biz Yaponiya şirkətləri ilə Bayıl yamacında da bu işləri həyata keçirmişik. Artıq neçə ildir ki, orada heç bir problem yoxdur. Həmin ərazidə üç quyu qazılıb və fəaliyyətdədir, yeraltı sular daim kənarlaşdırılır. Burada da effektli iş həyata keçirəcəyik. Yamacda qazılacaq üç quyu ilə su problemi həll olunacaq”, - deyə rəis müavini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!