19 İyul 2012 12:07
567
İQTİSADİYYAT
A- A+
Babək Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir

Babək Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir

 

Babək Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə  Naxçıvan Muxtar Respublikasının prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev çıxış edərək prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək Rayon Prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Hüquqi, dünyəvi və demokratik dövlət olan Azərbaycanda sabitliyin və insanların rahatlığının təmin olunmasının əsasında qəbul edilmiş qanunların tətbiqi və icrası dayanır. Əgər hər hansı bir ölkədə qanunların aliliyi təmin olunmursa, qəbul olunan qanunlar icra edilmirsə, deməli, həmin ölkədə sabitliyi və iqtisadi inkişafı təmin etmək mümkün deyildir. Ona görə də ölkəmizdə qəbul olunan qanunların icrasına xüsusi diqqət yetirilir. Bu sahədə prokurorluq orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Respublikasının prokurorluq orqanları öz fəaliyyətlərində 17 məcəlləni və 14 qanunu rəhbər tutur, bu qanun və məcəllələrin tətbiqində yaxından iştirak edirlər.

Bu sahədə həyata keçirilən ardıcıl islahatlar, beynəlxalq təcrübəyə əsaslanaraq qəbul olunmuş qanunlar və onların icrası Azərbaycanda davamlı sabitliyə və iqtisadi inkişafa təminat verir". Ali Məclisin sədri bildirmişdir ki, son illərdə ölkəmizdə cinayət hadisələrinin azalması, əldə olunan yüksək sosial-iqtisadi inkişaf göstəriciləri, insanların sosial-rifah halının yüksəlməsi dünya birliyində dövlətimizin yerini və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Ali Məclisin sədri vurğulamışdır ki, Azərbaycanın qısa vaxtda qazandığı uğurların, əldə olunan iqtisadi inkişafın və davamlı sabitliyin təməlində ulu öndər Heydər Əliyevin siyasi xətti dayanır. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri, yüksək diqqət və qayğısı ilə beynəlxalq müstəvidə böyük nüfuz sahibi olan Azərbaycan hüquqi və dünyəvi dövlət kimi öz yerini getdikcə daha da möhkəmləndirir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə davamlı olaraq inkişaf edir, insan hüquq və azadlıqları təmin olunur, sabitlik uğurların qazanılmasını şərtləndirir.

Qeyd olunmuşdur ki, bu gün yüksək iş şəraiti olan müasir bina prokurorluq əməkdaşlarının istifadəsinə verilir. Burada yaradılan şərait qanunvericiliyin tələblərinin lazımi səviyyədə yerinə yetirilməsinə, sabitliyin daha da möhkəmləndirilməsinə əlavə stimul verəcək. 34 kəndi və bir qəsəbəni əhatə edən Babək Rayon Prokurorluğu hüquqi maarifləndirmə işinin təşkilində, prokuror nəzarətinin həyata keçirilməsində, rayonda yaşayan 68 min əhalinin hüquqlarının qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, Babək Rayon Prokurorluğunun əməkdaşları bundan sonra da qanunların aliliyinin və insanların hüquqlarının qorunmasında səylərini davam etdirəcəklər.

Ali Məclisin sədri açılışı bildirən rəmzi lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Müasir memarlıq ənənələri əsasında inşa edilən binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılmış, yeni kompyuter və mebel dəstləri ilə təchiz edilmiş iş otaqları istifadəyə verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!