19 Dekabr 2023 10:50
7539
Təhsil
A- A+
AzMİU növbəti dəfə RİBA-nın 5 illik akkreditasiyasını əldə edəcək

AzMİU növbəti dəfə RİBA-nın 5 illik akkreditasiyasını əldə edəcək

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Britaniya Memarlarının Kral İnstitutunda (Royal Institute of British Architects - RİBA) olub. Rektor RİBA-da institutun təhsil və tədris direktoru Jenny Russel və tərəfdaşlıq meneceri Emanuelle Meunier ilə görüşüb. 
Görüşdə AzMİU-nun memarlıq ixtisasının RİBA-nın növbəti 5 illik akkreditasiyasını əldə etməsi məsələsi müzakirə olunub. Professor Gülçöhrə Məmmədovanın akkreditasiya müraciətini məmnunluqla qarşılayan Jenny Russel universitetin memarlıq ixtisasının bakalavriat səviyyəsi üzrə 5 illik akkreditasiya təcrübəsini, həmçinin tədrisin təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurları əsas gətirərək magistratura səviyyəsi üzrə də RİBA-nın akkreditasiyasından keçməyi təklif edib. Jenny Russelin təklifi qəbul edilib və AzMİU ilə RİBA arasında əməkdaşlıq üzrə proqram müəyyən edilib. 
Proqrama əsasən, AzMİU-nun memarlıq ixtisasının həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə RİBA-nın Akkreditasiya Komissiyası yaradılacaq. Akkreditasiya Komissiyasının növbəti il üçün AzMİU-ya iki dəfə səfəri nəzərdə tutulub. 
Görüş zamanı həmçinin memarlıq ali təhsili üzrə Avropa, xüsusilə Böyük Britaniya təcrübəsi, tədrisdə tətbiq olunan yeniliklər, müasir tendensiyalar və bu istiqamətdə kadr hazırlığı prosesinin qarşısında duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb. 
Məlumat üçün bildirək ki, yüksək təhsil səviyyəsi ilə təkcə Azərbaycanda deyil, onun sərhədlərindən uzaqlarda da tanınan AzMİU-nun bakalavriat səviyyəsi üzrə memarlıq ixtisası 2019-cu ildə RİBA-nın 5 illik akkreditasiyasını əldə edib. MDB məkanında RİBA-nın akkreditasiyasından keçən yeganə ali məktəb olan AzMİU bu akkreditasiyadan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Danimarka, Polşa, Çin, Cənubi Koreyanın memarlıq təhsili verən universitetləri ilə bir sırada dayanır. Akkreditasiya AzMİU-nun tələbələrinə memarlıq ixtisası üzrə yüksək tədris proqramı əsasında təhsil almaq, məzunlarına isə dünya ölkələrində geniş karyera imkanı yaradır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb 

18:36
04 May

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

18:32
04 May

Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür  

18:28
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib

18:07
04 May

Hörmüz boğazında gərginlik: İran ABŞ gəmilərinə xəbərdarlıq atəşi açıb

18:01
04 May

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:57
04 May

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri 18 faizdən çox artıb

17:53
04 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

17:49
04 May

Hörmüzün yaratdığı iqtisadi itkilər artır, ABŞ-nin aviasiya şirkəti fəaliyyətini dayandırıb  

17:15
04 May

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 2

17:09
04 May

Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  

17:08
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!