04 May 2026 17:08
147
İQTİSADİYYAT
A- A+
Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  

Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  


Maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Harvard Universitetinin “Growth Lab” Mərkəzinin direktoru professor Rikardo Hausmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Harvard Universiteti ilə həyata keçirilən tədqiqat və təhsil-təlim layihəsi çərçivəsində mövcud əməkdaşlıq münasibətləri, makroiqtisadi siyasət, fiskal çərçivə və iqtisadi inkişaf üzrə birgə analitik fəaliyyətlər nəzərdən keçirilib.

A.Kərimov ölkəmizdə 2025–2026-cı illəri əhatə edən makroiqtisadi vəziyyət və proqnozlar barədə məlumat verərək, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına formalaşdığını, inflyasiyanın isə nisbətən sabit dinamika nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, fiskal çərçivənin gücləndirilməsi istiqamətində ölkəmizdə büdcə qaydaları çərçivəsində qeyri-neft kəsiri və dövlət borcunun ÜDM-ə nisbəti üzrə hədəflər müəyyən edilib, Neft Fondunun aktivlərinin qorunması və qeyri-neft gəlirlərinin artırılması istiqamətində ardıcıl addımlar atılır.

Eyni zamanda, A.Kərimov fiskal islahatların davamlı şəkildə həyata keçirilməsinin dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsi və ortamüddətli makroiqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Öz növbəsində, R.Hausman Azərbaycanla əməkdaşlığın davamlı xarakter daşıdığını qeyd edərək, birgə aparılan analitik fəaliyyətlərin ölkənin iqtisadi inkişaf istiqamətlərinin dərindən təhlilinə və iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verdiyini bildirib.

Görüş zamanı, həmçinin “Growth Lab” Mərkəzi tərəfindən hazırlanmış analitik hesabatlar üzrə fikir mübadiləsi aparılıb, aparılan təhlillərin nəticələri və təqdim edilən rəy və təkliflər müzakirə edilib.

Tərəflər makroiqtisadi siyasətin davamlılığının, eləcə də fiskal və monetar dayanıqlığın gücləndirilməsi, habelə investisiya mühitinin yaxşılaşdırılması və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəhvə içərkən beynimizdə nələr dəyişir?  

20:13
04 May

İrana məxsus "Touska" gəmisinin heyəti Pakistana təhvil verilib

20:06
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

20:05
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

20:04
04 May

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

20:02
04 May

Fransada bütün tələbələr 1 avroluq nahar yeməyi hüququna malik oldu

19:59
04 May

Azərbaycan əczaçılıq sənayesinin inkişafı strateji prioritetdir

19:57
04 May

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

19:54
04 May

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb 

18:36
04 May

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

18:32
04 May

Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür  

18:28
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!