04 May 2026 18:59
153
İQTİSADİYYAT
A- A+
Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  


Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısının rəsmi açılış mərasimi keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Tərəqqinin kəsişmə nöqtələri: regionun əlaqəli gələcəyinin formalaşdırılması” mövzusunda keçirilən toplantının rəsmi açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev son illərdə Özbəkistanda əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıraraq, bu uğurların təmin olunmasında beynəlxalq maliyyə institutlarının, o cümlədən AİB-nin rolunu xüsusi vurğulayıb və həyata keçirilən inkişaf layihələrinə göstərilən davamlı dəstəyi yüksək qiymətləndirib.

AİB-nin Prezidenti Masato Kanda isə çıxışında bankla Özbəkistan arasında əməkdaşlığı yüksək qiymətləndirib, 2030-cu ilədək bərpaolunan enerji üzrə hədəflərin icrasında bankın ən etibarlı tərəfdaşlardan biri olduğunu vurğulayıb. O, ötən dövrdə əməkdaşlıq çərçivəsində əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və infrastrukturun yenidən qurulması istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd edərək, növbəti illərdə bu sahələr üzrə AİB-nin dəstəyinin davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İllik toplantı çərçivəsində keçirilən Biznes Sessiyada AİB-nin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı müzakirə edilib, maliyyə və əməliyyat göstəricilərinin icra vəziyyəti dəyərləndirilib. Eyni zamanda, Rəhbərlər Şurası tərəfindən bankın 2026-cı il üzrə büdcəsi təsdiqlənərək, institusional idarəetmə çərçivəsinin gücləndirilməsi və strateji prioritetlərin effektiv icrası ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Biznes Sessiyada çıxış edən maliyyə naziri Sahil Babayev toplantının yüksək səviyyədə təşkilinə görə AİB-yə və Özbəkistan Hökumətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, AİB 2025-ci ildə mühüm nəticələr əldə edərək, kreditlər, qrantlar, səhmdar investisiyaları, zəmanətlər və texniki yardım daxil olmaqla müxtəlif maliyyə alətləri üzrə ümumilikdə 29,3 milyard dollar həcmində öhdəlik götürüb. Bu rəqəm 2024-cü illə müqayisədə 20 faiz artım olmaqla, bankın əməliyyat fəaliyyətinin genişləndiyini göstərir.

S.Babayev AİB-nin maliyyə sektoruna yönəltdiyi vəsaitin 7,3 milyard dollara çatdığını qeyd edərək, bu çərçivədə maliyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, kapital bazarlarının inkişafı və xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığının artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Nazir AİB-nin keyfiyyətli infrastruktur, rəqəmsal transformasiya və regional bağlantının gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, bankın ərzaq təhlükəsizliyi, enerji dayanıqlığı və fiskal sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edən S.Babayev Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlərin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verə biləcəyini qeyd edib.

İllik Toplantının ikinci günündə Azərbaycanın maliyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib. Yaponiyanın maliyyə naziri, AİB-nin Yaponiya üzrə rəhbəri Satsuki Katayama ilə görüşdə iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq, Yaponiyanın regional və qlobal inkişaf istiqamətində konstruktiv mövqeyi, eləcə də AİB daxilində çoxtərəfli inkişaf çərçivələrinə liderlik etməsi yüksək qiymətləndirilib.

Nazir Azərbaycanın AİB-nin maliyyələşdirdiyi infrastruktur və bağlantı layihələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bilik və təcrübə üzrə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi əməkdaşlığın karbohidrogen sektorundan kənar sahələr üzrə şaxələndirilməsi üçün mövcud potensial müzakirə olunub. Yapon şirkətlərinin sənaye zonaları, yaşıl enerji, dekarbonizasiya, yüksək texnologiyalar və innovasiya sahələrinə investisiya imkanları diqqətə çatdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri, eləcə də infrastruktur və dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub, bir sıra yapon şirkətlərinin bu sahələrə artıq maraq göstərdiyi qeyd edilib.

Özbəkistan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov ilə keçirilən görüşdə isə Azərbaycan və Özbəkistan Maliyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub və tərəflər arasında yaxın günlərdə əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

Xatirələrimiz saxta ola bilər?

20:21
04 May

Qəhvə içərkən beynimizdə nələr dəyişir?  

20:13
04 May

İrana məxsus "Touska" gəmisinin heyəti Pakistana təhvil verilib

20:06
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

20:05
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

20:04
04 May

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

20:02
04 May

Fransada bütün tələbələr 1 avroluq nahar yeməyi hüququna malik oldu

19:59
04 May

Azərbaycan əczaçılıq sənayesinin inkişafı strateji prioritetdir

19:57
04 May

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

19:54
04 May

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!