04 May 2026 18:32
154
CƏMİYYƏT
A- A+
Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  


Mayın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov bir neçə gündən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum gününün qeyd olunacağını bildirib. Azərbaycanın inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu və bu gün bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra Sadiq Qurbanov iclasda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Qeyd edilib ki, layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılması nəzərdə tutulur.

Sonra iclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur. Belə ki, layihədə “yaşıllıqların götürülməsi” anlayışına “bərpa edilmədən kəsilməsi” sözlərinin əlavə edilməsi təsbit edilir. Bununla yanaşı, qeyd edilib ki, Qanunun 13.1-ci maddəsində yaşıllıqların götürülməsinə əsas verən altı hal müəyyən edilib. Bura məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların kənd təsərrüfatı fəaliyyətinə mane olması halının əlavə edilməsi nəzərdə tutulur. Layihədə, həmçinin həmin torpaqlarda olan kolların kəsilməsi üçün ümumi icraatdan fərqli olan daha sadələşdirilmiş icraatın (məlumatlandırma icraatının) tətbiq olunması təklif edilir. Bu məqsədlə kolların kəsilməsi qanunla müəyyən edilən məlumatların aidiyyəti informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanına verilməsi yolu ilə tənzimlənəcək. Digər dəyişikliklərdə əkin təyinatlı torpaqlardakı ağaclara münasibətdə yaşıllıqların götürülməsinin ümumi qaydalarının tətbiq edilməsi, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsi üçün bərpa dəyərinin ödənilməməsi ilə bağlı məsələlər tənzimlənir.

Daha sonra müvafiq nazirliklərin nümayəndələri qanun layihəsi barədə fikirlərini səsləndiriblər. Çıxışlarda ərzaq təhlükəsizliyinin, aqrar sahədə rəqabətliliyin təmin edilməsi, ixrac potensialının artırılması üçün torpaq və su resurslarından səmərəli istifadə edilməsinin vacibliyindən danışılıb. Bildirilib ki, qanun layihəsi aqrar sektorun dayanıqlı inkişafına, əkin yerlərindən daha səmərəli istifadə edilməsinə, məhsuldarlığın yüksəlməsinə, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər öz qeyd və təkliflərini söyləyiblər.

Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

Xatirələrimiz saxta ola bilər?

20:21
04 May

Qəhvə içərkən beynimizdə nələr dəyişir?  

20:13
04 May

İrana məxsus "Touska" gəmisinin heyəti Pakistana təhvil verilib

20:06
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

20:05
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

20:04
04 May

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub  

20:02
04 May

Fransada bütün tələbələr 1 avroluq nahar yeməyi hüququna malik oldu

19:59
04 May

Azərbaycan əczaçılıq sənayesinin inkişafı strateji prioritetdir

19:57
04 May

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

19:54
04 May

Atlantik okeanında üzən gəmidə hantavirus şübhəsi

19:52
04 May

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!