“AzerTelecom” şirkətindən korporativ müştərilər üçün SİP Telefoniya xidməti
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom” korporativ müştərilərə SİP Telefoniya xidmətini təqdim edir.
SİP Telefoniya (Session Initiation Protocol Telephony) xidməti müştərilərə onların ofislərində keyfiyyətli rabitə xidməti əldə etməyə imkan yaradır və bir sıra üstünlüklərə malikdir.
Ənənəvi sabit xətt nömrələrindən fərqli olaraq, SİP nömrələrin sahibləri bu nömrələri heç bir əlavə xərc olmadan istədikləri ünvana daşıya bilərlər.
Həmçinin rabitənin yüksək keyfiyyəti, nömrənin təyini, nömrənin başqa bir nömrəyə ünvanlanması və böyük şirkətlərdə çağrı mərkəzlərində çoxlu sayda zəngin qəbul edilməsi, eləcə də daxili virtual PBX (Private Branch Exchange) rabitəsi xidmətinin göstərilməsi SİP Telefoniya xidmətinin üstünlükləri sırasındadır.
"AzerTelecom” tərəfindən korporativ müştərilərə təqdim olunan və internet İP üzərindən həyata keçirilən SİP Telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlansınlar.
"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. Qeyd edək ki, şirkət SİP Telefoniya xidməti ilə yanaşı, müştərilərə internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiberoptik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyalılar may bayramlarında əsasən Türkiyə və Azərbaycana səfər edəcəklər
29 Aprel
Fövqəladə hallar zamanı Azərbaycan və Türkiyənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fə...
29 Aprel
COP25-in vitse-prezidenti: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiya zonasına çevrilə bilər – M...
29 Aprel
İtaliya portalı: Azərbaycan Avropanın qaz bazarını fəth edir
29 Aprel
Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
29 Aprel
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans...
29 Aprel
Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir
29 Aprel
ANAMA: Ötən həftə 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
29 Aprel
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!