Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti
ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik
hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.
İstehlakçıların
keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin
səviyyəsinin minimuma endirilməsi üçün davamlı şəkildə geniş miqyaslı işlər aparılır.
Masallı rayonunun
ərazisində 35/10 kV-luq "Alvadı” yarımstansiyası
tam yenidən qurularaq istismara verilib. Alvadı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli
hava xətləri yenilənIb. Təzə Alvadı, Ləngan,
Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq
kəndlərinin 0,4 kV hava xətləri özünüdaşıyan
izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri
(KTM) qurlaşdırılıb. 35/10 kV-luq "Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq
Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kV-luq
hava xətti ÖİN kabellərlə əvəzlənib.
Lənkəran Elektrik
Şəbəkəsində yeni inşa olunmuş 35 kV-luq "Səpnəkəran” yarımstansiyadan çıxan və Yuxarı
Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətləri tam yenilənib,
rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran,
Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər qurlaşdırılıb.
Astara rayonunun
Şahağacı, Sekaşen kəndlərində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub,
yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb. Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə çəkilərək
yenidən qurulub və hazırda bu istiqamətdə
işlər rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənir. Yardımlı
rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN
kabellərlə əvəz edilir.
Biləsuvar
rayonunun elektrik təchizatının yaxşılaşdırılması,
elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kV-luq 2x25+10 MVA
gücündə "Səmədabad” yarımstansiyası tam yenidən qurulmuşdur. Biləsuvar şəhərinin
və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı
kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidən qurulması üçün dayaqlar quraşdırılır.
"Azərbaycan”