22 İyul 2026 12:19
188
İQTİSADİYYAT
A- A+
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüşüb

“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüşüb

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrinin sakinləri ilə növbəti dəfə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) təşkil olunan görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.

Görüş zamanı Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi, xüsusilə hasilat işlərinin həyata keçirildiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2026-cı ilin ilk yarısında rayon ərazisində sosial rifahın gücləndirilməsi, abadlıq-quruculuq, azyaşlıların asudə vaxtının səmərəli təşkili, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın inkişafı, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə ümumilikdə 15 sosial layihə və tədbir həyata keçirilib.

Bildirilib ki, ilin sonunadək “AzerGold” ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində Quşçu kəndində Günəş enerjisi ilə işləyən küçə işıqlandırma sisteminin quraşdırılması, genişmiqyaslı səyyar tibbi müayinə aksiyasının təşkili, Daşkəsən məktəbliləri üçün tədris mərkəzinin yaradılması, həmçinin bir sıra infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Tədbirin sonunda sakinlərin müraciətləri dinlənilib, onların təklif və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılması və mövcud səlahiyyətlər çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun həlli imkanlarının qiymətləndirilməsi məqsədilə qeydiyyata alınıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən yerli icmaların sosial ehtiyaclarının müəyyənləşdirilməsi, ictimai dialoqun gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə bu cür ənənəvi görüşlərin keçirilməsi davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

Ukrayna mediası Prezident İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

13:18
22 İyul

DSMF-nin xərcləri artıb

12:58
22 İyul

“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb

12:57
22 İyul

Sabahın hava proqnozu açıqlanıb

12:41
22 İyul

ABŞ qüvvələri Oman körfəzi sahilindəki İran şəhərlərinə hücum edib  

12:41
22 İyul

Göygöldə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib  

12:33
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!