“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətin (QSC) “Çovdar” Filiz Emalı Sahəsində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən tədbirdə “AzerGold”un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, İdarə Heyəti sədrinin müşaviri Orxan Novruzov, Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbirdə sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, bu sahədə hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, fövqəladə hallara dair məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə hər il respublikanın bütün ərazisində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, bu tədbirlər zamanı əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.
O.Məmmədov bildirib ki, QSC-nin əməkdaşlarının mühafizəsini təşkil etmək, onlar üçün təhlükəsiz iş şəraiti yaratmaq, eləcə də müvafiq strukturların dəstəyi ilə fövqəladə hallardan mühafizə sahəsində hazırlığı təmin etmək “AzerGold”un başlıca vəzifəsidir. Təsadüfi deyil ki, “AzerGold”un fəaliyyətə başladığı dövrdən bu günədək xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon saatdan artıq olub. Bu, 4 ildir fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab edilir.
O, QSC-nin fəaliyyətinin təşkil edildiyi bütün obyekt və sahələrdə bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulacağını, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
Xatırladaq ki, Ümumdünya Mülki Müdafiə Günü 1972-ci martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün BMMT-nin qərarı ilə elan olunub və hər il bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd edilir. Ümumdünya Mülki Müdafiə Günü hər il ənənəvi olaraq konkret bir problemə həsr olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!