“Azərenerji” modul elektrik stansiyalarında təmir-bərpa işlərinə başlayıb
Ötən ilin iyul ayının 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan "Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və artıq bir həftədir ki, "Səngəçal”, "Xaçmaz”, "Şahdağ”, "Bakı”, "Astara” və "Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.
Təmir-bərpa işlərinin aparılması üçün "Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb.
Təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə, "Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. "Xaçmaz”, "Şahdağ”, "Bakı”, "Astara” və "Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!