“Azərenerji” bu ərazilərdə yüksəkgərginlikli hava xətlərini yeraltı kabel xətləri ilə əvəz edir
Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçu rayonunun ərazisindən keçən və hava limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində mövcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri “Azərenerji” tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinin məlumatına görə, 110 kilovoltluq “Ramana” Yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 km uzunluqda, təkdamarlı olaraq isə 32 km məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur. Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir. Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirir.
90 il bundan əvvəl tikilən və istismar müddətini dəfələrlə keçən 110 kilovoltluq “Ramana” Yarımstansiyası da sökülərək tam rəqəmsal formada yenidən qurulur.
İstismar müddətini keçən, eyni zamanda artan tələbatı qarşılaya bilməyən 110/20/6 kilovoltluq “Ramana” Yarımstansiyasının gərginlik sinfi dəyişdirilərək 110/35/6 kilovoltluq gərginlik sinfinə keçiriləcək, gücü artırılacaq və ən əsası geniş ərazini tutan açıq tipli yarımstansiya sökülərək daha müasir, GİS tipli qurğularla təchiz olunmuş qapalı tipli mobil rəqəmsallaşdırılmış yarımstansiyaya çevriləcək.
Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli hava limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyükhəcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altına keçiriləcək. Bununla da xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsiylə ərazinin xarici görünüşü yaxşılaşacaq, ekoloji tələblərə cavab verəcək, ən əsası isə baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
F.Ə.Əlizadənin"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında...
28 May
AĞDAMIN YENİ İNTİBAHI
28 May
Müstəqil siyasətin tarixi nailiyyətləri
28 May
Təbii resurslarımız ölkənin inkişafına, xalqın rifahına xidmət edir
28 May
Cümhuriyyət ideyalarına sadiqliyin nümunəsi
28 May
Məqsədi Azərbaycanın səadəti olanların yetmiş il sonra reallığa çevrilən arzuları
28 May
28 May Müstəqillik Günü qeyd olunmuşdur
28 May
Gəncə Dövlət Universitetində Məzun günü keçirilmişdir
28 May
Uzun yolun yolçusu
28 May
Cümhuriyyət qurucuları
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!