“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşaası işləri, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-yə çevirməklə yenidənqurulması və istismara verilməsi işləri, 110/20/6 kV-luq “Ramana” YS-ni 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edir
Tender 3 (üç) LOT üzrə keçirilir:
LOT - 1. Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşası işlərinin satın alınması üzrə iştirak haqqı - 1 000 (bir min) manat
LOT - 2. 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-yə çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı - 2 000 (iki min) manat
LOT - 3. 110/20/6 kV-luq “Ramana” YS-ni 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı - 2 000 (iki min) manat
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN: 9900000421
Bank: “Kapital Bank” ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIIBAZ2X
İddiaçılar iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra ərizə ilə müraciət edərək Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10, ünvanından - “Azərenerji” ASC-nin inzibati binasında yerləşən “Tender və Müqavilə” şöbəsindən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56;
LOT - 1. Qarabağ Regional Elektrik Şəbəkəsinin İnzibati və yardımçı təsərrüfat binalarının inşası işlərinin satın alınması üzrə iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçı şirkət ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların yenidənqurma, restavrasiya, başqa layihələrin layihələndirmə və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim etməlidir;
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların yenidənqurma, restavrasiya, tikinti işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər( tərcümeyi-halları);
- iddiaçı Azərbaycan Respublikasının Qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.
LOT - 2. 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-yə çevirməklə yenidənqurulması və istismara verilməsi və LOT - 3. 110/20/6 kV-luq “Ramana” YS-ni 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılışı günündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- Şifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq;
- iddiaçı şirkətin elektrik stansiyalarında enerji istehsalı ilə bağlı işlər üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər( tərcümeyi-halları).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06 iyul 2021-ci il saat 15:00-dək qədər, bank təminatını və tender təklifini isə 15 iyul 2021-ci il saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına “Tender və Müqavilə” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 16 iyul 2021-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (online qaydada) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!