28 May 2022 02:08
1112
ELANLAR

"Azercell"in baş sponsorluğu ilə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalı keçirilir

 

Lider operatorun "Rəqəmsal Yaşam Studiyası"nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir

 

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə "TEKNOFEST" Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə "Azercell",  həmçinin xüsusi "Rəqəmsal Yaşam Studiyası" konsepsiyası ilə iştirak edir.

"Azercell" "TEKNOFEST" ziyarətçilərinə onları maraqlandıran və texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir. Şirkət "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədini əsas tutaraq "TEKNOFEST Azərbaycan" festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin rolunu əks etdirmək üçün öz "Rəqəmsal Yaşam Studiyası"nda "ağıllı şəhər" konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq, şirkətin stendində yer alan "Azercell Life və Azercell Akademiyası" guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.

"TEKNOFEST Azərbaycan" özündə rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.

Sərgi pavilyonlarında Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunmaqdadır. 2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdan, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video