"Azercell”
təqdim etdiyi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və korporativ muştərilərə
təklif onunan tariflərin optimallaşdırlması məqsədilə "Data” nömrələr üçün yeni
"Biznesim IoT 50 MB”, "Biznesim IoT 100 MB” və "Biznesim Geniş zolaqlı” tariflərini
təqdim edir.
2 iyul
2020-ci il tarixdən etibarən korporativ müştəri seqmentində fakturalı xətt sisteminə
aid "Data” nömrələrində 50 MB və 100 MB internet paketlərinə abunəlikləri olan istifadəçiləri
avtomatik qaydada istifadə etdikləri paketlərin həcmlərinə müvafiq olaraq yeni yaradılmış
"Biznesim IoT 50 MB” və "Biznesim IoT 100 MB” tariflərdən birinə keçirilirlər. Həmin
tarixdən etibarən müvafiq 50 MB və 100 MB internet paketləri ləğv edilir.
Digər internet
paketlərinə abunəliyi olan və ya internet xidmətindən paketsiz istifadə edən və
2 iyul 2020-ci il tarixədək son 30 (otuz) gün ərzində hər hansı həcmdə trafik müşahidə
edilən korporativ "Data” nömrələr həmin tarixdən etibarən avtomatik qaydada yeni
yaradılmış "Biznesim Geniş zolaqlı” tarifinə keçirilirlər.
2 iyul
2020-ci il tarixədək son 30 (otuz) gün ərzində hər hansı həcmdə trafik müşahidə
edilməyən korporativ "Data” nömrələrin xətti ikitərəfli bağlanmaqla, onlara xidmət
göstərilməsi lüzumsuz, əlavə xərclər ilə qarşılaşmamaları məqsədilə həmin tarixdən
etibarən dayandırılacaqdır. Xəttin ikitərəfli bağlanmasından sonrakı 180 (bir yüz
səksən) günlük müddətin tamamınadək, abunəçi müraciət etməklə müvafiq tariflərdən
birini seçərək xəttini aktivləşdirməsə, bu abunəçinin Abunə Müqaviləsindən birtərəfli
imtinası hesab edilməklə müqaviləyə xitam veriləcəkdir.
Qeyd: Abunəçilər
göstərilən dəyişikliklər, "Biznesim IoT 50 MB”,
"Biznesim IoT 100 MB” və "Biznesim Geniş zolaqlı” tarifləri barədə, o cümlədən
"Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən
kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən
(www.azercell.com), həmçinin Müştəri xidmətlərinə (MX ofisləri, həftənin 7 günü
24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək
imkanına malikdirlər.