Azərbaycanlı alimin Stokholm şəhərində “İn hoc signo vinces” jurnalında dövlət bayrağımız haqqında ingilis dilində məqaləsi dərc olunub
İsveç Krallğının paytaxtı Stokholm şəhərində tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlovun ingilis dilində “XVIII-XIX əsr Naxçıvan bayraqları” adlı məqaləsi dərc edilib.
Məqalədə Naxçıvan xanlığının Dövlət və iki rəngli döyüş bayraqları barədə məlumat verilmişdir. Xanlığın Dövlət bayrağı üzərindəki yazılar sırasında “Qurani Kərim”dən 61-ci “Əl-Şəf” surəsinin 13-cü ayəsinin yazıldığını, digər rəmzlərlə barabər “zülfuqar” qılıncı barədə məlumat öz əksini tapmışdır. İki rəngli döyüş bayrağında olan qırmızı, yaşıl rənglər o cümlədən, iki rəngli bayraq üzərində olan səkkizgüşəli ulduzun izahı verilib. Azərbaycan Respublikasının Dövlət Bayrağında istifadə edilən yaşıl, qırmızı, göy rənglər, aypara və səkkiz güşəli ulduz kompazisiyası izah edilərək, həmin rəmz və rənglərin Naxçıvan xanlığının XVIII-XIX əsr dövlət və iki rəngli döyüş bayrağından istifadə edilməsindən bəhs edilir. Naxçıvan xanlığının Dövlət bayrağının üzərində əks olunmuş mürəkkəb həndəsi formalı səkkizgüşəli ulduz Naxçıvan şəhərindəki XII əsr Möminə Xatun turbəsinin üzərindəki ulduzların eynisidir. Bu da onu bildirir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağında istifadə edilən rənglər və rəmzlər Azərbaycanın tarixi ənənəsinə, milli mənəvi dəyərlərinə və qədim mədəniyyətinə əsaslandığının və bağlılığının əyani subutudur. XX əsrin 60-cı illərində Naxçıvan şəhərində tapılmış və hal-hazırda Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Dövlət Ermitajinda saxlanılan bürüncdən hazırlanmış Alban hökmdarı Cavanşirin heykəlində təsvir edilmiş aypara rəmzi barədə də məqalədə məlumat verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!