02 May 2024 13:53
131
SİYASƏT
A- A+

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub  

 

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanilə Ukrayna arasında mövcud sıx təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək bu istiqamətdə parlament üzvləri arasında əlaqələrin də tərəfdaşlığımızın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Münasibətlərimizin əsasında dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərinə bütün platformalar çərçivəsində daimi dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, regional sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə sərgilədiyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video