22 Avqust 2025 08:15
623
SİYASƏT
A- A+
Azərbaycanla təzyiq dili ilə danışmağın zamanı çoxdan keçib

Azərbaycanla təzyiq dili ilə danışmağın zamanı çoxdan keçib


Hətta bu, terror vasitəsilə edilsə də


Rusiya ilə Azərbaycan arasında 2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması ilə başlayan gərginlik daha açıq və sistemli xarakter almağa başlayıb. Cari il iyunun sonlarında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı başlayan fiziki və mənəvi terror bu gün RF-nin demək olar bütün subyektlərində davam edir. 

Artıq iş o yerə çatıb ki, rəsmi Moskva soydaşlarımıza qarşı apardığı "mübarizə"ni Ukrayna ərazisində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus obyektlərə dağıdıcı zərbə endirməklə açıq müharibəyə çevirib. Rusiya ordusunun avqustun 6-da Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında Ukraynanın təbii qaz tədarükünün təmin edildiyi kompressor stansiyasını partlatması Azərbaycanın xaricdəki enerji obyektinə tuşladığı ilk zərbəsi idi. Sözügedən kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunurdu. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla ölkəyə nəql edilirdi.

Bu gün Rusiya telekanallarında ölkəmizə qarşı ciddi informasiya müharibəsi gedir. Ümumiyyətlə, Rusiya qonşu ölkələrin müstəqil siyasi, iqtisadi əlaqələr qurmasına cidd-cəhdlə mane olmağa çalışır. Bu bir həqiqətdir ki, Moskva bütövlükdə Cənubi Qafqaza, yumşaq desək, öz nüfuz dairəsi kimi baxır, region dövlətlərinin müstəqil siyasət yeritmələrini heç cür həzm edə bilmir. Bölgədə yeni geosiyasi hadisələrin baş verdiyi indiki həssas məqamda ciddi şəkildə oyundankənar təhlükəsi ilə üzləşmiş Rusiya var gücü ilə region ölkələrinin daxili və xarici siyasətlərinə müxtəlif vasitələrlə müdaxilə etməyə çalışır. Kremllə bağlı təbliğat ruporlarının Bakını "xüsusi hərbi əməliyyat"la hədələmələrini, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi (TRIPP) və digər məsələlər barədə razılaşma sənədlərinin imzalandığı gün - avqustun 8-də  Rusiyanın SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına hücumunu və son 10 gündə hadisələrin ardıcıl olaraq iki dəfə təkrarlanmasına diqqət etsək görərik ki, Rusiya artıq Ukrayna ərazisində ölkəmizə qarşı xüsusi hərbi əməliyyatlara başlayıb.

Azərbaycan regionun ən böyük və zəngin potensialı olan ölkəsidir. Bizim həm  Qərblə, həm Türkiyə, İsrail, Pakistanla, həm də Çinlə güclü iqtisadi, siyasi, hərbi əlaqələrimiz var. Rusiyadan demək olar ki, iqtisadi asılılığımız yoxdur. Belə bir məqamda Rusiyanın ölkəmizə məxsus enerji strukturlarına zərbə endirməsi, Azərbaycanın Avropa İttifaqı ilə qaz sahəsində əməkdaşlığını genişləndirdiyi məqamda belə çirkin üsullardan istifadəsi yolverilməzdir, eyni zamanda  beynəlxalq hüquqa ziddir. 

Azərbaycanın enerji infrastrukturu hədəf altında olduğu bir vaxtda  Rusiyanın  Xəzərdə "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" adı ilə hərbi təlimlər keçməsi də ölkəmizə qarşı əzələ nümayişindən başqa bir şey deyil. 

Şübhəsiz ki, təsir əks-təsirə bərabərdir. Azərbaycan Hərbi Dəniz Qüvvələri də    cari ilin hazırlıq planına əsasən, "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" sahəsində avqustun 14-də döyüş atışlı taktiki təlim keçirdi. Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə bacarıq və imkanlarını sınaqdan keçirdilər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar olunması və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər yerinə yetirdilər. Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldildi

Bu təlimdən sonra əminliklə demək olar ki, Bakı öz enerji infrastrukturu üçün müdafiə planlarını gücləndirmək əzmindədir. Xüsusən dənizdə yeni texnologiyaların - pilotsuz döyüş gəmilərinin istifadəsi, "Salvo" tipli qayığın təlimlərdə görünməsi Azərbaycanın hərbi modernləşməyə önəm verdiyini göstərir. Həmçinin rəsmi Bakı təhdidlərə qarşı susmaq niyyətinin olmadığını, Rusiyanın təxribatlarına açıq şəkildə cavab verməkdən çəkinmədiyini nümayiş etdirdi. Rusiya anlamalıdır ki, Azərbaycan  hansısa marionet dövlət deyil, bizimlə təzyiq dili ilə danışmağın zamanı çoxdan keçib. Azərbaycan dost əlini sıxdığı kimi, düşmən təxribatına da cavab vermək iqtidarındadır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!